Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23
Rubrikalar

Ünvanlı sosial yardımlar ünvanına çatacaqmı?


Səs: Real audio
Elçin Qəmbərov onun səhhətinin qənaətbəxş olmadığını deyir Ünvanlı sosial yardıma keçidlə bağlı bu ilin yanvarından "uşaq pulları" kimi tanınan 9 min manatın verilməsi dayandırılıb. Bunun əvəzində iyulun 1-dən etibarən aztəminatlı ailələrə ünvanlı sosial yardımlar veriləcək.



Hökumətin təsdiqlədiyi qaydalara görə, o ailələr aztəminatlı ailə hesab edilir ki, ailədə adambaşına düşən gəlir 150 min manatdan aşağıdır.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağızadə hesab edir ki, qaydalarda bir sıra çatışmazlıqlar var və bu, korrupsiyaya yol açır.



Bu fikirlərlə razılaşmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Vəfa Mütəllimova isə hesab edir ki, ünvanlı sosial yardımların verilməsi tam şəffaf aparılacaq və burada korrupsiya qeyri-mümkündür. O, fikrini onunla əsaslandırır ki, sosial yardımı alacaq ailələrin müəyyənləşdirilməsi bir nəfərin deyil, xüsusi komissiyanın işi olacaq.



Ekspertlər isə bu məsələdə tam başqa fikirdədirlər. Onlar ünvanlı sosial yardımların verilməsində ciddi problemlərin olacağını qaçılmaz sayırlar.



İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Rövşən Ağayev deyir ki, əlilliyə görə pensiyaların, müavinətlərin hesablanmasında sui-istifadə özünü həmişə göstərib və sözsüz ki, ünvanlı sosial yardımların verilməsində də heç də hər şey şəffaf olmayacaq. Ekspertə görə, ünvanlı sosial yardımların verilməsinin yanvardan aprelə, daha sonra isə iyula qədər uzadılması hökumətin buna hələ hazır olmadığını göstərir. Rövşən Ağayev deyir ki, təcrübəsizlik, üstəgəl köhnə ənənə korrupsiya üçün şərait yaradacaq.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG