Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00

Malkolm Hoenlein: «Amerika Yəhudi İcması 907-ci düzəlişin əleyhinədir»


Səs: Real audio
Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentlərinin Konfransının sədri Harold Tanner isə, «Azərbaycanda etnik azlıqlar və yerli əhali sülh şəraitində yaşayır» - deyir Azərbaycanda etnik azlıqlar və yerli əhali sülh şəraitində yaşayır və buna görə bəzi qonşularına nümunə ola bilər. Bunu Bakıda səfərdə olan Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentlərinin Konfransının sədri Harold Tanner deyib. Onun köməkçisi Malkolm Hoenlein isə, əlavə edib ki, Amerika Yəhudi İcması ABŞ-ın Azərbaycana hökumət yardımını qadağan edən 907-ci düzəlişin əleyhinədir və bunun ləğvi yönündə işini davam etdirəcək: «Bu, Azərbaycanın ədalətli mövqeyinin müdafiəsidir. Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsindən əzab çəkib. Ədalət yerini tapmalıdır. Biz hələ səfərimizdən çox əvvəl Azərbaycanla dostluğumuzun nümunəsi kimi bu işi davam etdirmişik. Biz bunu əvəzində nəsə almaq üçün deyil, düzgün mövqe olduğuna görə edirik».



Qonaqlar Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə ümidlərini bildiriblər.



Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentləri Konfransının 65 nəfərlik nümayəndə heyəti ötən həftədən Bakıda səfərdədir. Onlar prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüblər.



Prezidentlə görüşdə Azərbaycandan İsrailə enerjidaşıyıcılarının nəqli məsələsi də müzakirə olunub. Nümayəndə heyəti İsrail prezidenti Moşe Katsavın azərbaycanlı həmkarına məktubunu çatdırıblar. Məktubda deyilir ki, İsrail ikitərəfli münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG