Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:45

«Quş qripi»lə bağlı xəstəxanalara müraciət edənlərin sayı çoxalıb


Səs: Real audio
Artur Lenk «Gələcək nəsil bir-birini başa düşəcək, dözümlü olacaq, sivilizasiyaların qarşıdurmasıyla bağlı istənilən məsələni rədd edəcək» - deyir «Quş qripi» virusuna yoluxa biləcək insanlar üçün Bakıdakı iki xəstəxanada - Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda və 7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında şöbələr ayrılıb. Həkimlər deyirlər ki, ölkədə sözügedən xəstəlik aşkarlanandan sonra xəstəxanalara müraciət edənlərin sayı çoxalıb. Həmin adamlar özlərindən şübhələnsələr də, sonradan onlarda «quş qripi»nin əlamətləri olmadığı aşkarlanır



Ağ Ciyər Xəstəlikləri İnstitutuna gələn valideyn oğlunda «quş qripi»nin ola biləcəyindən şübhələnirdi, həkimlər isə, uşağa baxandan sonra onda belə əlamətlərin olmadığını dedilər.



Bu xəstəxanada virusa yoluxa biləcək xəstələr üçün 20 çarpayı ayrılıb. Şöbə müdiri Vasif Abdullayev deyir ki, fevralın 11-də onlara Zaqataladan bir nəfər gətirilib. Həkim deyir ki, əvvəlcə, onda «quş qripi»nin olmasından şübhələniblər, sonrakı günlər isə, xəstənin vəziyyəti yaxşılaşmağa başlayıb.



Vasif Abdullayev: «Yüksək hərarəti vardı - 40-41. Həmin gün operativ tədbirlər gördük. Xəstə müayinədən keçirildi, diaqnoz bu oldu - kəskin respirator xəstəlik, sol ağciyərin pnevmaniyası. Heç bir təşvişə əsas yoxdur. Hazırda hərarəti aşağı düşüb, özünü yaxşı hiss edir. Hər ehtimala qarşı oğlanı şöbədə yerləşdirdik. Adi palataya keçirəcəyik».



Həkimin sözlərinə görə, ehtiyac olmadığından həmin xəstəyə «quş qripi» əleyhinə qarşı dərmanlar verilməyib. Vasif Abdullayev deyir ki, xəstədə virusa oxşar əlamətlər olmasa da, onun analizləri bir daha dəqiqləşdiriləcək: «Hər ehtimala qarşı analizləri Gigiyena və Epidemiologiya Mərkəzinə göndərəcəyik. Onlar virusoloji müayinələr aparacaqlar.Yəqin ki, dəqiqləşmə bir həftədən artıq çəkəcək».



Xəstənin anası Mirvari Qardaşova oğlunun vəziyyətinin bura gələndən yaxşılaşdığını deyir: «Rayonda 41dərəcə tempraturu aşağı sala bilmədilər, dedilər Bakıya apar. Gələndən yaxşıdır».



Xəstə Sahib Qardaşov da indi özünü yaxşı hiss etdiyini deyir: «Gələndə tempraturum yüksək idi, indi yaxşıyam».



7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına isə, təkcə fevralın 13-də səkkiz nəfər müraciət edib. Xəstəxananın 2-ci şöbəsinin müdiri Səadət Quliyeva deyir ki, onlar müayinə olunub, adi qrip olduğundan evlərinə buraxılıblar: «Onlar kəskin viruslu respirator infeksiyalı xəstələr idi. Tempratur, ösküpək, adi anginadır, məsləhət gördük ki, yerli poliklinikalara müraciət etsinlər, ev şəraitində müalicə olunsunlar».



«Quş qripi» virusunun necə müəyyən edilməsinə gəldikdə isə, 7 Saylı Xəstəxananın baş həkimi Məhəbbət İbrahimova deyir ki, bunu bilmək çətin deyil: «Xəstədən şübhələnərəmsə, «quş qripi» ilə bağlı müayinələrə başlayaram. İndiyəcən elə hal olmayıb ki, tamiflyuya əl ataq, müraciət edəni intensiv palataya yerləşdirək. Respublika Virusoloji Laboratoriyasından bizə xüsusi qablar veriblər, xəstədən şubhələnsəm, badamcığından yaxma götürüb, buzun içində iki saat müddətinə laboratoriyaya göndərəcəyik. Onlar da bunun «quş qripi» olub-olmadığını 6-8 saaat ərzində aşkar edə bilərlər».



Səhiyyə Nazirliyindən verilən məlumata görə, 300 nəfərin qan analizi Qahirədəki referent laboratoriyaya göndərilib, onlarda sözügedən virus müəyyən edilməyib. Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə, deyir ki, qan nümunələrinin xarici ölkə laboratoriyalarına göndərilməsi o demək deyil ki, virus ölkədə müəyyənləşdirilə bilmir .



İbadulla Ağayev: «Azərbaycanın səhiyyə sistemi ilkin diaqnozu qoya bilir. Ancaq mikrobun növ mənsubiyyə
XS
SM
MD
LG