Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

Dərman bazarına nəzarət olunurmu?


Səs: Real audio
Artur Lenk «Gələcək nəsil bir-birini başa düşəcək, dözümlü olacaq, sivilizasiyaların qarşıdurmasıyla bağlı istənilən məsələni rədd edəcək» - deyir Dərmanların təsirsiz olmasından, bəzi hallarda isə, saxta çıxmasından təkcə adi vətəndaşlar deyil, ölkə rəsmiləri də şikayətlənir



Səhiyyə naziri Oqtay Şirəliyev ötən ayın sonunda prezident yanında müşavirədə deyib ki, 100-dən artıq aptekdə yoxlama aparılıb, onlardan 58-nin fəaliyyəti dayandırılıb. Yoxlama zamanı normativlərə uyğun olmayan 34 adda preparat müəyyən edilib. Prezident İlham Əliyev də həmin müşavirədə bildirib ki, dərman bazarına ciddi nəzarət lazımdır.



Son üç ildə Səhiyyə Nazirliyi 145 adda seriyalar üzrə istifadəyə yararsız dərman aşkar edib, həmin seriyadan olan preparatların idxalına qadağa qoyulub.



Azərbaycan Respublikasının «Əczaçılıq fəaliyyəti haqqında» qanunu 1996-cı ildə qəbul olunub. Hazırda isə, Milli Məclisin Sosial Siyasət Daimi Komissiyası Səhiyyə Nazirliyinin ekspertləri ilə birlikdə həmin qanuna əlavə və dəyişiklikləri hazırlayır. Parlamentin yay sessiyasında layihənin müzakirəyə çıxarılacağı gözlənilir.



Vaxtilə Azərbaycana dərman idxalı üçün xarici ölkələrdəki 400-dək zavodla müqavilə bağlanırdı, preparatlar konteynerlə Razindəki, hazırkı Bakıxanov qəsəbəsindəki anbara gətirilirdi. Dərmanlar bu anbarda qəbul otağında qalır, hər seriyadan nümunə götürülüb yoxlanır, sonra apteklərə paylanırdı. 1990-cı illərdə bu dərman anbarı Sumqayıta köçürüldü, onun yerində isə, hazırda ölkənin iki əsas dərman istehsalçısı - «Azərfarm» və «Azərsintez» yerləşir. Bu iki şirkətin fəaliyyəti ötən ilin noyabrında yaradılmış İnnovasiya və Təchizat Mərkəzi tərəfindən yoxlanır. Mərkəzdən bildirirlər ki, digər yerli dərman istehsalçıları barədə məlumatlar hələ dəqiqləşdirilir. Qurumun mütəxəssisləri bu fikirdədirlər ki, respublikaya saxta dərman axınının qarşısını almaq mümkün deyil, bu iş daim gedir. Belə bir müqayisə də aparılır ki, Rusiya və digər MDB ölkələrində də mütəmadi olaraq saxta dərmanlar aşkarlanır.



Vaxtilə əczaçı işləmiş Həsən Mərdanovun fikrincə isə, ölkəyə saxta dərman gətirənlər onu ekspertizaya verməkdə maraqlı deyillər: «Birincisi, analiz üçün pul ödəmək lazımdır, dərman saxta çıxarsa, bu, heç sərfəli deyil. İkincisi, dərmanların müəyyən hissəsi gömrükdən rüsumsuz keçir».



Həsən Mərdanova görə, ölkəyə gətirilən dərmanlara nəzarət mexanizmi düzgün qurulmayıb, mövcud laboratoriya isə, zəif fəaliyyət göstərir. O, saxta dərmanların elə sərhəddə üzə çıxarılması üçün konkret təklif də verir: «Gömrük məntəqəsində xüsusi otaq yaratmaq olar və dərmanları ekspertlər yoxlayar».



Mütəxəssislərin fikrincə, saxta dərmanların satışında əczaçıların da günahı var və problem bəzi apteklərdə qeyri-peşəkarların işləməsindədir.



Vaxtilə Azərbaycanda 1000-dək aptek olsa da, indi onların sayı 5000-ə yaxındır. Bu rəqəmin beş dəfə artmasının bir səbəbi apteklərə lisenziya verərkən normativlərin gözlənməməsidir. Əvvəllər apteklər arasında məsafə 500 metrdən az olmurdu, eyni zamanda əhalinin sıxlığı nəzərə alınırdı.



İnnovasiya və Təchizat Mərkəzinin Əczaçılıq İşinin Təşkili Şöbəsinin mütəxəssisi Mətanət Maqsudovanın sözlərinə görə, indi belə bir normativ yoxdur.



Ötən ilin dekabrında Səhiyyə Nazirliyi belə bir məlumat yayıb ki, xroniki böyrək çatışmazlığı, talassemiya, hemofiliya daxil olmaqla bəzi xəstəliklərin dövlət hesabına profilaktikasını və müalicəsini təmin etmək məqsədilə davamlı maliyyələşdirmə proqramları hazırlanıb Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim olunub. Bu proqram 2006-2010-cu illəri əhat

Günün bütün mövzuları

XS
SM
MD
LG