Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:31

Qonağımız Əli Hüseynovdur


Səs: Real audio
Artur Lenk «Gələcək nəsil bir-birini başa düşəcək, dözümlü olacaq, sivilizasiyaların qarşıdurmasıyla bağlı istənilən məsələni rədd edəcək» - deyir Bu dəfəki qonağımız artıq gənc vaxtlarından hakimiyyətin hər üç qolunun hamısında – Ali Məhkəmə, Prezidentin İcra Aparatı və parlamentdə işləməyə macal tapıb. Hazırkı millət vəkilləri arasında ən çox işləyənlər sırasına aid olan bu adama qarşı siyasi mühitin təkcə iqtidar qütbündən deyil, həm də müxalifət düşərgəsindən elə bir narazılıq müşahidə olunmur. Həyatda və iş fəaliyyətində qarşısına çıxan cavabsız sualların cavabını nə vaxtsa nənəsinin ona bağışladığı müqəddəs Qurani-Kərimdə axtarır və tapır. Özünün dediyi kimi, bu cür həyat tərzi ona həm də ədalətli olmaqda kömək edir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynov



– Əli müəllim, kimlər ki, bir az sürətlə qabağa gedirlər, özlərini göstərirlər, müəyyən etimad qazanırlar, nailiyyətlərlə yanaşı, bu adamlara qarşı təhlükələr də çoxalır. Bu mənada ki, kimlərinsə gözü götürmür, onları gözdən salmağa başlayırlar. Belə hallar narahat etmir Sizi?



- Mən buna əhəmiyyət vermirəm. Ona görə də onu hiss etmirəm və görmürəm. Əhəmiyyət vermirəm ona görə ki, mənim üçün gənc yaşlarımdan bu vəzifələrdə çalışmaq bir məqsəd deyil. Mən lap çoxdan özümün həyat amalını və siyasi dünya görüşümü müəyyənləşdirmişəm. Mən içimdə və dünya görüşümdə həqiqətən Heydər Əliyev şəxsiyyətini çox ciddi qəbul etmişəm... Və heç kimin təsiri altında yox, özüm inandığıma görə də bu siyasətə xidmət edirəm. Mən hesab edirəm ki, əgər insan öz peşəkar fəaliyyəti ilə məşğuldursa, hər hansı başqa maraq nəzərdə tutmursa, bunu sadəcə dövlət, vətəndaşlarımızın xətrinə bir vəzifə borcu kimi, adi bir qaydada yerinə yetirirsə, heç bir narahatçılıq ola bilməz. Məni heç narahat da etməz. Çünki mən öz yolumda, əməllərimdə düzəm və belə yaşamağı öyrənmişəm. Elə uşaqlıqdan, təhsil alanda da belə olmuşam...



SÖHBƏTİ AUDİO HİSSƏDƏ DİNLƏYƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG