Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:14

İsrail səfiri: «Müxtəlif mədəniyyətlərə dözümlülük göstərmək lazımdır»


Səs: Real audio
Artur Lenk «Gələcək nəsil bir-birini başa düşəcək, dözümlü olacaq, sivilizasiyaların qarşıdurmasıyla bağlı istənilən məsələni rədd edəcək» - deyir «Sivilizasiyalar arasında qarşıdurmanı aradan qaldırmağın yolu onların bir-birilə intensiv əlaqə yaratması, daha çox bilik əldə etməsindədir».



Bunu İsrailin Azərbaycandakı səfiri Artur Lenk fevralın 13-də Bakı Dövlət Universitetində ivrit dili kabinəsinin açılış mərasimindən sonra Məhəmməd peyğəmbərin karikaturası qalmaqalıyla bağlı suala cavabında deyib.



Bu məsələdə müsəlman aləmində İsrailin ünvanına hədələrə gəlincə, səfir deyib ki, müxtəlif mədəniyyətlərə dözümlülük göstərmək, başqa fikirlərə hörmətlə yanaşmaq lazımdır, hədələrə yalnız qanun çərçivəsində cavab vermək olar.



Artur Lenk: «İsrail və Azərbaycanın dövlət nümayəndələri deyirlər ki, bizim uşaqlarımız bir-birindən öyrənməlidir, gələcək nəsil bir-birini başa düşəcək, dözümlü olacaq, sivilizasiyaların qarşıdurmasıyla bağlı istənilən məsələni rədd edəcək. Bu qarşıdurma İsrail və Azərbaycanda baş verməyəcək».



İranın nüvə məsələsiylə bağlı suala cavabında diplomat deyib ki, bu təkcə İsrail üçün deyil, bütün dünyaya təhlükədir və ona qarşı mübarizə aparmaq lazımdır.
XS
SM
MD
LG