Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:41

Quşçuluq müəssisələri fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşiblər


Səs: Real audio
Quş ətinin satışı ilə məşğul olan 20-22-dək müəssisə prezidentə müraciət etməyə hazırlaşır Ölkədə quş ətinin satışı ilə məşğul olan 20-22-dək müəssisə prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır. Bu haqda «Azadlıq» radiosuna məlumat verən «Mərdəkan Broyler» Səhmdar Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, «quş qripi» xəstəliyi ilə bağlı son zamanlar satış aşağı düşdüyündən quşçuluq fabriklərinin maliyyə vəziyyəti ağırlaşıb: «Quş qripi» virusu təsdiqlənəndən sonra bu müəssisələr fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşiblər, 30 minə yaxın işçinin iş yerini itirmə təhlükəsi yaranıb».



Cənab Vəliyev bildirir ki, bu vəziyyətdə quşçuluq müəssisələri vergidən, qaz, işıq və su pulundan azad olunmalı, onlara faizsiz kreditlər verilməli və yem almağa köməklik edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG