Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Avropa Şurası Konqresinin sədri Azərbaycana gəlib


Səs: Real audio
Cənab Stasi Bakı, Tbilisi və Yerevan merlərini Strasburqa dəyirmi masaya dəvət etmək niyyətindədir Bakıda səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stasi Xarici İşlər naziri Elmar Məmmədyarov, Ədliyyə nazirinin müavini Vilayət Zahirov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşlər keçirir.



Görüşlərdə nəticələri ləğv olunmuş 135 bələdiyyədə təkrar seçki, Yerli Hakimiyyətlərin Milli Assosiasiyasını yaratmaqla Azərbaycanda yerli demokratiyanın inkişafı, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının yerinə yetirilməsi məsələləri müzakirə edilir.



Avropa Şurasından verilən məlumata görə, Cənubi Qafqaz ölkələri arasında dialoq təşəbbüsünün bir hissəsi kimi, cənab Stasi Bakı, Tbilisi və Yerevan merlərini Strasburqa dəyirmi masaya dəvət etmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG