Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:12

Ölkədə karantin elan edilə bilər


Səs: Real audio
Dövlət Baytarlıq Xidmətinin hazırladığı tədbirlər planında bununla yanaşı dezinfeksiya baryerlərinin qurulması da nəzərdə tutulub Londonun «Veybric» laboratoriyasının ölü quş nümunələrinin müayinəsi ilə bağlı növbəti açıqlamasına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) fevralın 14-də münasibət bildirəcək. Qurum eyni zamanda «Ceyranbatan» su hövzəsinə düşmüş quşlarda «quş qripi» olub-olmadığına da açıqlama verəcək. Bu haqda DBX-nin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, mübarizə planı hazırlayaraq hökumətə təqdim ediblər. Həmin tədbirlər sırasında şəhərin girişində dezinfeksiya baryerlərinin qurulması və karantin elan edilməsi də nəzərdə tutulur.



Fevralın 13-də isə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ABŞ ekspertləri Ukraynda təkmilləşdirmə kursları keçmiş yerli mütəxəssislərlə birgə yeni PSR avadanlığı vasitəsilə ölü quş nümunələrini müayinə etməyə başlayıblar.



Bu arada Təhsil naziri Misir Mərdanov orta məktəblərdə «quş qripi»lə bağlı maarifləndirmə işləri aparılması haqda əmr verib.



Səhiyyə Nazirliyindənsə, bildirirlər ki, hələlik ölkədə «quş qripi»nə yoluxan yoxdur və bu virusa qarşı mübarizə tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG