Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

Qubada biznes-forum keçiriləcək


Səs: Real audio
Fevralın 21-də Qubada dağ turizminin və kənd təsərrüfatının inkişafı mövzusunda böyük biznes-forumun keçiriləcəyi və forumda 100-dək yəhudi biznesmeninin iştirak edəcəyi gözlənilir. Artıq foruma təqdim etmək üçün təkliflər paketi də hazırlanıb Bunu fevralın 12-də Qubaya Amerika və Avropa ölkələrindən gələn qonaqları müşayiət edən Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov söylədi.



Qonaqlar Avrasiya Yəhudi Konqresinin sədri Aleksandr Maşkeviçin rəhbərliyi ilə 28 ölkədən gəlmiş 70 nəfərdən ibarət nümayəndə heyəti idi. Onlar Qubadakı Qırmızı Qəsəbə yəhudiləri ilə görüşüb, sinaqoqlara, xalça fabriklərinə və Quba Olimpiya Kompleksinə baş çəkiblər. Qonaqları Quba-Qusar dairəsindən millət vəkili Yevda Abramov, Azərbaycan Yəhudi İcmasının sədri Semyon İxiilov, Quba rayon İcra Hakimiyyəti başçısı Ərzuman Əliyev və digər rəsmi şəxslər də müşayiət ediblər.



Avrasiya Yəhudi Konqresinin sədri Aleksandr Maşkeviç yəhudilərlə görüşündə səfərdə məqsədin Azərbaycanla tanışlıq, dağ yəhudilərinin yaşam tərzi və problemləri ilə maraqlanmaq olduğunu bildirdi. Cənab Maşkeviç onu da qeyd etdi ki, nümayəndə heyəti Azərbaycandan çox yüksək təəssüratlarla ayrılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG