Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:41
Rubrikalar

Ali məktəblərdə qiymətlərin «qiyməti»


Səs: Real audio
Hər hansı sənəd imzalanmayıb. Tərəflərin mövqeləri dəyişmədən qalır Beynəlxalq Ali Təhsil Mərkəzinin araşdırmaları göstərib ki, təhsildə korrupsiyaya iqtisadi çətinlikləri olan, ya da çox korrupsiyalaşmış istənilən ölkədə rast gəlmək olar. Amma indiki qlobal iqtisadiyyatda rəqabətə davam gətirmək birbaşa intellektual resursdan asılıdır. İntellekt isə əlbəttə təhsildən. Ona görə təhsildə rüşvət məsələsinin həlli daha vacib olub. Təhsildə korrupsiyaya daha çox MDB ölkələrində rast gəlinir. Ən güclüsü – Rusiyada təhsildə rüşvət halları ildə 7-10 faiz artır.



- Azərbaycanda da demək olar elə bir tələbə yoxdur ki, qiymətlərin "qiyməti"ni bilməsin. Azərbaycandakı gənclər hərəkatlarından biri yaxında rüşvətxor müəllimlərin siyahısını açıqlamağa hazırlaşır. Amma tələbələrin heç də hamısı bu rüşvətin əleyhinə deyil. Bakıdan Rövşən Qənbərov xəbər verir



- Azərbaycanda olduğu kimi, Ermənistanda da uşaqlar ali məktəbə orta məktəbdə yox, kənarda hazırlaşırlar. Deyirlər ki, axırıncı sinifdə məktəbə gedən ali təhsildən əlini üzməlidir. Və təbii ki, məktəbə getməyənə elə belə attestat verilmir. Erməni məktəblərində vəziyyətdən Narek Qalstyan danışır



- Gürcüstanda təhsillə bağlı yeni qanunun qəbulundan sonra ilk tədris ili keçir. Hökumət deyir ki, indiki siyasətin əsas məqsədi orta məktəb şagirdinin sərbəst, praktik düşünə bilən şəxsiyyət kimi yetişməsidir. Təhsil Nazirliyi hesab edir ki, apardığı islahatlar birbaşa məktəbdə rüşvətin azalmağı ilə nəticələnəcək. Ətraflı Tbilisidən Nona Miçedlişvili danışır



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG