Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00

Prezidentlərin Rambuye görüşü nəticəsiz başa çatıb<p align=`left`><br><br>


Səs: Real audio
Hər hansı sənəd imzalanmayıb. Tərəflərin mövqeləri dəyişmədən qalır Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Rambuye qəsrində keçirilən görüşləri nəticəsiz başa çatıb.



Üç saata yaxın davam edən danışıqlardan sonra məlumat verən Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann deyib ki, intensiv danışıqlarda əsas məsələlər geniş müzakirə olunub, amma tərəflərin aylardan bəri tutduqları mövqelərdə hər hansı dəyişiklik olmayıb. Danışıqlarda prezidentlərlə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, hər iki ölkənin xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər.



Diplomatik mənbələrin "Azadlıq" radiosuna verdiyi məlumata görə, Rambuye danışıqları Ki-Uestdən bəri Azərbaycan və Ermənistan arasında keçirilən və münaqişənin həllinə yönələn ən ciddi müzakirələr idi. Bu danışıqlarda prezidentlər arasında ən ciddi fikir ayrılığı Dağlıq Qarabağın statusu və Kəlbəcər barədə müşahidə olunub.



İstər bu gün, istərsə də, dünən keçirilən danışıqlar tam məxfi keçib. Prezidentlər mətbuata açıqlama verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG