Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

<i>«Azadlıq»</i>: «Ìntìhar, yoxsa qətl?»


Səs: Real audio
Fevralın 10-da «Azadlıq» seçki bloku kimi ləğv edilib. Bundan sonra «Azadlıq» siyasi blok kimi fəaliyyət göstərəcək «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan prezidenti dalana dirənib» başlıqlı məqalədə deyilir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü təhlil edən erməni ekspertlər vəziyyətin kritik olduğunu bildirirlər. Ermənistanın sabiq Xarici İşlər naziri Aleksandr Arzumanyan Yerevanda çıxan «Azq» qəzetinə verdiyi müsahibəsində bildirib ki, Robert Koçaryan ölkəni «mərhələli həll»ə hazırlayır. Onun fikrincə, 1997-ci ildə Levon Ter-Petrosyan prezident olanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Ermənistanın mövqeləri daha möhkəm idi. İndi isə, zaman Azərbaycanın xeyrinə işləyir. Prezidentlərin Paris görüşü ilə bağlı fikirlərini açıqlayan Müdafiə naziri Serj Sərkisyan isə, Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız sülh yolu ilə nail olmağın mümkünlüyünü bildirir.



«Ayna» qəzetindəki «Bakı üzərində Beyrut «kölgəsi» başlıqlı məqalədə deyilir ki, Məhəmməd peyğəmbərin karikaturalarının Danimarka, Norveç və Fransada dərc olunmasına etirazların davam etdiyi bir məqamda İngiltərə seks-şoplarında «Mustafa ilə seks» adlı kukla satışa çıxarılıb. Peyğəmbərin adlarından birinin bu cür şərəfsizliyə alət edilməsinə də artıq etirazlar səslənməkdədir. Seks-şop sahiblərinin etirazlara münasibəti isə, belədir ki, müsəlmanların həssaslığı artıq şizofreniya həddinə çatıb. Kim kuklaya daha yaxşı ad fikirləşsə, qoy xəbər versin. Müəllifə görə, bu cavab mahiyyət etibarilə «əcəb etmişik və edirik!» deməkdir. Bu «əcəb etməkliyin» mahiyyətində nə durduğunu aydınlaşdırmağa çalışan müəllif belə hesab edir ki, ABŞ strateqləri hələ ötən əsrin 80-ci illərinin sonlarında, SSRİ-nin süqutundan sonra rəsmi Vaşinqtona yeni ciddi düşmən obrazı yaratmağın zəruriliyi barədə xəbərdarlıq edirdilər. Axı məhz SSRİ qorxusu Qərbdə və ABŞ daxilində rəsmi Vaşinqtonun addımlarının zəruriliyini təsdiq edən təsir və təzyiq vasitəsi idi. Məhz bu təsir və təzyiq vasitəsinin hədəfi kimi islam dini seçilib.



«Azadlıq» qəzetindəki «Ìntìhar, yoxsa qətl?» sərlövhəli məqalədə «Xəyal» fìrmasının prezìdentì Fìkrət Rəcəbovun ìntìharından danışılır. Müəllif iddia edir ki, o, ìntìhara məcbur edìlib. Məqalədə bildirilir ki, Azərbaycanda ìlk dəfə ərzaq mallarının topdan satış məntəqəsìnì açan Fikrət Rəcəbov 1998-2002-cì ìllərdə hakìmìyyətdə bəzì qüvvələrìn hədəfìnə çevrìlmìşdì. Onun əmlakını əlìndən almaq üçün cìddì mübarìzə aparılırdı.Müəllif adını çəkmədìyì şəxslərìn dedìklərìnə istinadən bildirir ki, uzun ìllər repressìyalara məruz qalması cənab Rəcəbovda əsəb xəstəlìyì yaradıbmış. Nardaran hadìsələrìndən sonra ìsə, onun bütün ümìdlərì kəsìlìbmìş. Kənd sakìnlərìnin dedìklərinə görə, mərhum ìş adamı 24 yanvar Nardaran hadìsəsìndən sonra tam əsəbì halda ìmìş. Hətta o, bu əsəbìlìyìn onu həyatdan aparacağını da hìss edìrmìş.

Günün bütün mövzuları

XS
SM
MD
LG