Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:35

Qarabağ danışıqlarının Paris raundu


Səs: Real audio
Fevralın 10-da «Azadlıq» seçki bloku kimi ləğv edilib. Bundan sonra «Azadlıq» siyasi blok kimi fəaliyyət göstərəcək "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mümkün deyil. Nöqtə".



Bunu Azərbaycan prezidentinin Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsi Araz Əzimov deyir.



Prezident İlham Əliyevin özü də deyir ki, Dağlıq Qarabağ nə bu gün, nə sabah, nə də 100 ildən sonra nəinki Azərbaycandan ayrılmayacaq, buna heç imkan da verilməyəcək. Bu bəyanatın ikinci hissəsi – "imkan verilməyəcək" ifadəsi Dağlıq Qarabağda referendum ideyasınamı cavabdır?



Azərbaycan və Ermənistan prezidentlərinin fevralın 10-da başlanmış Rambue görüşü ərəfəsində Azərbaycanda səslənən bu fikirlərə Ermənistan prezidenti Robert Koçaryanın reaksiyası da məlumdur. Fransadan qabaq İsveçin paytaxtı Stokholmda olan Koçaryan deyib ki, problemin həlli üçün tərəflər siyasi istək, iradə göstərməlidirlər. Ancaq son günlər Bakıda səslənən bəyanatlar göstərir ki, Bakının bu siyasi iradəsi yoxdur, ya da kifayət deyil. Ona görə onun optimizmi bir az azalıb.



Koçaryan bu sözlərin ardınca deyib ki, "əksinə, Dağlıq Qarabağın gələcəyinə baxanda, onun optimizmi artır, görəndə ki, burada dövlət quruculuğu işləri necə sürətlənib".



Nəticə üçün kompromis tələb olunan görüşə 2-3 gün qalmış bir prezident ərazi bütövlüyündən danışır, o biri Qarabağda dövlət quruculuğundan. Onda Fransaya niyə gediblər?



Ermənistan hökumətinin rəsmisi adı çəkilməmək şərtilə Almaniyanın DPA agentliyinə deyib ki, Rambue danışıqlarında iki əsas məsələ müzakirə olunacaq. Birincisi, erməni qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxır. İkincisi, 10-15 ildən sonra Dağlıq Qarabağda referendum keçirilir ki, Dağlıq Qarabağ müstəqil olmaq istəyir, yoxsa Azərbaycanda qalır? Erməni rəsmisi deyir ki, Azərbaycan bu referendum ideyasına hələ ki, razı deyil.



İlham Əliyev Rambuedə bu referenduma razılaşa bilərmi? Razılaşmasa, alternativ nədir?



Söhbətdə iştirak edirlər:



– Yeni Azərbaycan partiyasının təmsilçisi, millət vəkili Musa Quliyev;



- Politoloq Rasim Musabəyov;



- Politoloq Zərdüşt Əlizadə;



- "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG