Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Saloğlu kəndi minalardan təmizlənir


Səs: Real audio
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik [ANAMA] bir neçə gündən sonra Ağstafanın Saloğlu kəndini partlamamış hərbi sursatlardan təmizləməyə başlayacaq 600 hektar ərazini həm yeni hazırlanan minaaxtaranlar dəstəsi, həm də robot-maşınlar təmizləyəcək.



Milli Agentliyin rəhbəri Nazim İsmayılovun sözlərinə görə, robot maşınlar torpağın 30 sm qatından aşağıda ilişib qalan hərbi sursatları müəyyən edəcək.



İl yarım çəkəcək bu layihəyə 1 milyon avro ayrılıb. Minaaxtaranların hazırlanmasında NATO-nun da mütəxəssisləri iştirak edir.



1991-ci ildə Sovet ordusu bölgəni tərk edərkən Ağstafanın Saloğlu kəndindəki yeraltı və yerüstü hərbi bazaları partlatmış və nəticədə minlərlə hərbi sursat 44 milyon kvadrat metrlik əraziyə yayılmışdı. Ötən illər ərzində isə burada hərbi sursatların partlamasından 150 adam zərər çəkmiş, 30 nəfər isə həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG