Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

<i>«Yeni Azərbaycan»</i>: «Azərbaycan Paris görüşündə mövqeyini qətiyyətlə qoruyacaq»


Səs: Real audio
Ötən yeddi ayın pulu əhaliyə ödənilməyəcək "Yeni Azərbaycan" qəzetindəki "Azərbaycan Paris görüşündə mövqeyini qətiyyətlə qoruyacaq" başlıqlı məqalədə xatırladılır ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində dövlət başçısı İlham Əliyev erməni həmkarı Robert Koçaryanla Parisdə görüşəcək. Müəllif yazır ki, danışıqların başlanmasına bir neçə saat qalmasına baxmayaraq, görüş haqqında söz-söhbətlərin, bir-birinə zidd proqnozların, şərhlərin sayı çoxalıb.



Müəllifə görə, maraqlı məqam Ermənistan tərəfinin danışıqların gedişatı ilə bağlı əvvəlki mövqelərindən yayınaraq, daha pessimist əhval-ruhiyyəyə bürünməsində özünü göstərir. Dünən Ermənistan prezidenti Robert Koçaryan Paris görüşünə artıq əvvəlki optimizmlə getmədiyini bəyan edib. O, buna səbəb kimi Azərbaycanın rəsmi şəxslərinin son günlərdə verdiyi açıqlamaları əsas gətirib.



"Üç nöqtə" qəzeti xəbər verir ki, gələn ildən etibarən paytaxt küçələrinə köhnə avtomobillərin buraxılmasına məhdudiyyətlər qoyulacaq. Bununla bağlı Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi İdarəsi birgə reydlər həyata keçirirlər. Nazirlikdən verilən məlumata görə, məhdudiyyətə əhəmiyyət verməyənlərin cərimələnməsi də istisna edilmir. Nazirlik belə hesab edir ki, bu tip avtomobillərin hərəkəti həm paytaxtda havanı, həm də insanların təhlükəsizliyini pozur.



"Bakı xəbər" qəzetindəki "Xaricilər və xarici pullar üçün təhlükəli ölkə" başlıqlı məqalədə bildirilir ki, mütəmadi olaraq dünyanın ən varlı adamlarının siyahısını dərc edən "Forbes" məcmuəsi dünya ölkələrində investisiya mühitinə aid də hesabat yayıb. Müəllifin yazdığına görə, ən varlı adamların sırasına Azərbaycana rəhbərlik edənlərin adı salınmasa da, investisiya mühitinə aid hesabatda ölkəyə rəhbərlik edənlərin xidməti layiqincə qiymətləndirilib: "Hamı, o cümlədən hesabatı hazırlayanlar da gözəl bilir ki, Azərbaycandakı siyasi hakimiyyətin razılığı olmadan bu ölkədə hər hansı ciddi biznes fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkündür. Bu razılığın nəyin hesabına əldə edildiyi də yaxşı bəllidir".
XS
SM
MD
LG