Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Macarıstanda Azərbaycan günləri keçiriləcək


Səs: Real audio
Ötən yeddi ayın pulu əhaliyə ödənilməyəcək "Qlobus"da xaricdəki azərbaycanlıların yaşayışı, nailiyyətləri və problemləri, habelə Azərbaycan diaspora cəmiyyətlərinin gördüyü işlərdən bəhs olunur



- Azərbaycan diasporasının azsaylı olduğu ölkələrdən biri Macarıstandır. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Azərbaycanla bağlı bilgiləri artırmaq üçün bu ölkədə Azərbaycan günləri keçirməyi planlaşdırır. Bu barədə "Azadlıq" radiosuna komitənin Şərqi Avropa bölməsinin müdiri Dəyanət Abdullayev danışdı.



- Fevralın 17-də Almaniyanın Maynz şəhərində Qarabağ münaqişəsi ilə bağlı elmi-praktiki konfrans keçiriləcək. Tədbirin təşkilatçıları "Maynz" Azərbaycan Cəmiyyəti və Almaniyadakı türk icmalarıdır. Bu haqda "Qlobus"a "Maynz" Azərbaycan Cəmiyyətinin sədri Bəşər Kömür məlumat verdi.



- Fevralın 13-də BMT-nin Cenevrə şəhərindəki bölməsində – Millətlər Sarayında Azərbaycanın əməkdar rəssamı, Dünya Xalqlarının İncəsənəti Assosiasiyasının mükafatı laureatı, YUNESKO-nun Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun "Şərqin Qərblə görüşdüyü yerdə" adlı sərgisi açılacaq.



Əşrəf Heybətov 10 ildən çoxdur ki, Almaniyanın Koblents şəhərində yaşayır. O, həm də Almaniyadakı "Bakı" cəmiyyətinin sədridir. Əşrəf Heybətov "Qlobus"a sərgi barədə danışdı.



- "Qlobus"un axırıncı qonağı İsveçdəndir. "Yeni Müsavat" qəzetinin keçmiş əməkdaşı Şahnaz Mətləbqızı İsveç hökumətindən siyasi sığınacaq alıb və bir il yarımdır ki, həyat yoldaşı ilə İsveçdə yaşayır. Şahnaz Mətləbqızı siyasi mühacir həyatı ilə bağlı düşüncələrini bizimlə bölüşdü.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG