Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40

Ünvanlı sosial yardım kimlərə ünvanlanıb?


Səs: Real audio
Ötən yeddi ayın pulu əhaliyə ödənilməyəcək Bu həftə Nazirlər Kabineti ünvanlı sosial təminat qaydalarını təsdiqləyib. Bu qaydalara görə, əgər ailədə adambaşına düşən gəlir 150 min manatdan aşağıdırsa, həmin ailə kasıb sayılır və həmin ailəyə ünvanlı sosial yardım düşür



Adambaşına verilən ünvanlı sosial yardımın məbləği 150 min manatdır. Amma bu o demək deyil ki, kasıb ailənin hər bir üzvünə 150 min manat yardım veriləcək. Məsələn, tutaq ki beş nəfərdən ibarət bir ailədir. Ata müəllimdir, ayda 350 min manat pul qazanır, ana da xadimədir, maaşı 150 min manatdır, qalan ailə üzvləri işləmir. Deməli, bu ailənin ümumi gəliri 500 min manatdır. Onda 5 nəfərlik yardım məbləğindən – 750 min manatdan ailənin gəlirini – 500 min manatı çıxırlar, yerdə qalan məbləğ – 250 min manat həmin ailəyə ödənilir. Başqa sözlə desək, hökumət kasıb ailənin qazandığı gəlirin üstünü düzəldir, verdiyi yardımla ailənin gəlirini adambaşına 150 min manata çatdırır.



Amma «Azadlıq» radiosunun «Açıq mikrofon» verilişinə zəng etmiş təqaüdçü Mətanət Tağıyeva deyir ki, 150 min manat bir adamın aylıq xərclərini ödəyə bilməz.



Amma vətəndaşların yardımla bağlı narahatlığı ünvanlı sosial yardım haqqında qanunda nəzərə alınıb. Yardım məbləğinin qarşıdakı illərdə artırılması nəzərdə tutulub. Hökumət yardımı yaşayış minimumuna uyğunlaşdırmaq və bu yolla ölkədə yoxsulluğu ləğv etmək istəyir.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proqnozlarına görə, bu yardımdan 250 min ailə, təxminən 1 milyon 200 min insan faydalana biləcək.



Amma Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev deyir ki, ünvanlı yardım almaq üçün şərtlər çox sərtdir və çətin ki, bu yardımdan çox adam bəhrələnə bilsin. Şərtlər isə çoxdur. Məsələn, əgər ailənin hansısa üzvü xarici ölkədə işləyirsə, həmin ailəyə yardım verilməyəcək. Yaxud ailənin maşını varsa, belə ailəyə də yardım düşmür. Əgər ailənin bir inəyi və beş qoyunu varsa, belə ailə də yardım ala bilməyəcək. Torpaq sahəsi alana da yardım düşmür.



Çingiz Tağıyev deyir ki, kiminsə maşını ola, amma xarab olduğu üçün illərlə dayanacaqda qala bilər. Yaxud kiminsə torpaq sahəsi ola, amma həmin adam xəstə olduğundan, torpaq sahəsini becərmək iqtidarında olmaya bilər. Onun fikrincə, əsas meyar həmin ailənin maşından, yaxud torpaq sahəsindən gəlir götürüb-götürməməsi olmalıdır.



Çingiz Tağıyev düşünür ki, şərtlərin sərt olması hökumətin ünvanlı yardımı mümkün qədər az adama vermək niyyətindən xəbər verir.



Bəs yardımın verilməsində subyektivizmə qarşı hansısa mexanizm var?



Parlamentin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov deyir ki, belə bir mexanizm var. Ünvanlı sosial yardım haqqında qanunda yazılıb ki, qanunun müddəalarını pozan məmurlar cinayət məsuliyyətinə cəlb ediləcək. Amma onun fikrincə, qanunun tətbiqi zamanı müəyyən pozuntuların olması da istisna deyil. Buna baxmayaraq, Vahid Əhmədov qanunun əhalinin böyük bir qisminin dolanışığını yaxşılaşdıracağına inanır.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev isə deyir ki, yardımın verilməsi ilə bağlı bəzi qaydalar rüşvətxorluğa yol açır:



«Qaydalarda belə müddəa var ki, əgər yardım üçün müraciət edən şəxs sənədlərdə hansısa səhvə yol veribsə, iki il müddətinə yardım almaq hüququndan məhrum olunacaq. Bizdə o qədər hüquqi cəhətdən savadlı insan yoxdur ki, bütün sənədləri nöqsansız təqdim etsin. Hamı səhv edə bilər. Bu, yardımı verən şəxsə imkan verir ki, yardım istəyənlə alverə getsin. Ona desin ki, sənin sənədlərində səhv var, amma sən

Günün bütün mövzuları

XS
SM
MD
LG