Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Müsavat Partiyası «Azadlıq» blokundan çıxdı


Səs: Real audio
Ötən yeddi ayın pulu əhaliyə ödənilməyəcək Müsavat Partiyası «Azadlıq» seçki blokundan çıxıb. Partiyanın fevralın 9-da yaydığı bəyanatda deyilir ki, bu qərara səbəb ADP və Xalq Cəbhəsi partiyalarının funksionerləri, onlara yaxın mətbuat orqanlarında Müsavat Partiyasına qarşı təhqir və böhtan kampaniyasının aparılmasıdır.



Müsavat Partiyası hesab edir ki, nəticələri ləğv edilmiş dairələr üzrə təkrar seçkidə iştirak qərarı blokun digər üzvləri tərəfindən dəstəklənməyib və bundan sonra sözügedən kampaniya başlayıb.



Müsavat Partiyası onu da bildirir ki, partiya müxalifətin birliyini qorumaq üçün bundan sonra da səylərini davam etdirəcək.



Müsavat Partiyasının başqanı İsa Qəmbər bəyanatda göstərilənlərdən artıq nəsə demək istəmədiyini bildirdi.



ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə, Müsavatın qərarının doğru olmadığını, ADP-nin böhtan kampaniyasında iştirak etmədiyini deyir.



AXCP sədrinin müavini Fuad Mustafayev isə, Müsavat Partiyasının qərarını gözlənilən adlandırdı.



«Azadlıq» seçki bloku 2005-ci ilin martında Müsavat, AXCP və ADP-nin iştirakı ilə yaranmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG