Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

ATƏT seçki sistemi ilə bağlı seminar keçirəcək


Səs: Real audio
Maurisio Pavessi fevralın 9-da AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb Fevralın sonlarında ATƏT-in Bakı Ofisi Azərbaycan seçki sisteminin Avropa standartlarına uygunlaşdırılması movzusunda seminar keçirəcək. ATƏT-in Bakı Ofisinin əməkdaşı Ülvü Axundlunun verdiyi məlumata görə, seminarda müxalifət və iqtidar partiyalarının iştirakı planlaşdırılır.



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessi isə, fevralın 9-da AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb. Görüşdə seçkidən sonrakı vəziyyət, mayın 13-də 10 dairə üzrə keçiriləcək təkrar seçki müzakirə olunub. Cənab Pavessi hər iki partiya sədrini ATƏT-in keçirəcəyi seminara dəvət edib.



ATƏT-in Bakı Ofisi otən ilin may və iyun aylarında da Azərbaycandakı siyasi partiyalar üçün seminarlar təşkil etmişdi.
XS
SM
MD
LG