Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14
Rubrikalar

Taksi sürücüləri işsiz qala bilərlər


Səs: Real audio
Azərbaycandakı bütün diplomatik nümayəndəliklərin və beynəlxalq qurumların təhlükəsizliyi gücləndirilib - Bakının yollarını yaxşı tanımayan taksi sürücüləri işsiz qala bilərlər. Nəqliyyat Nazirliyi Bakıda taksi sürücüləri arasında ixtisar aparmağa hazırlaşır.



Nazirlikdə katibliyin rəhbəri Namiq Həsənov «Azadlıq» radiosuna deyib ki, belə sürücülər paytaxtda tıxac yaradırlar, onların ixtisarı mexanizmi indi nazirlikdə müzakirə edilir.



Namiq Həsənov deyir ki, İngiltərədə şəhərdə 3 min obyekt tanımayan sürücü taksi sürmür, Azərbaycanın paytaxtında isə taksi sürücülərinin əksəriyyəti rayondan gəliblər.



Prezident İlham Əliyev Bakı yollarında problemləri aradan qaldırmaq üçün sərəncam və tədbirlər planı imzalayıb. Sərəncama görə, 5 aydan sonra Bakıda qeydiyyatı olmayan avtomobillərin paytaxtda taksi xidməti göstərməsi də qadağan ediləcək.



- Bu arada prezidentin sərəncamından sonra Bakıya tikinti texnikasının daxil olmasına da məhdudiyyət qoyulub.



Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bu günlərdə imzaladığı sərəncama görə, səhər saat 8-dən axşam 9-a qədər yük tutumu 5 tondan çox olan, xüsusi texnikaya və qəza-xilasetmə xidmətlərinə məxsus olmayan avtomobillər şəhərin mərkəzinə buraxılmayacaq.



- Azərbaycan 2005-ci ildə Ümumi Daxili Məhsulun artım tempinə və sənaye istehsalının artımına görə MDB ölkələrini geridə qoyub.



MDB-nin Dövlətlərarası Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il Azərbaycanda ÜDM 2004-cü illə müqayisədə 26.4 faiz artıb, son 5 ildə isə 88 faiz. Komitənin məlumatına görə, bu göstəriciyə görə Azərbaycandan sonra ikinci yeri Ermənistan tutur. Ötən il Ermənistanda ÜDM 2004-cü illə müqayisədə təqribən 14 faiz artıb.



MDB Statistika Komitəsi deyir ki, ötən il Ukrayna və Qırğızıstanın vəziyyəti yaxşı olmayıb. Bu ölkələrdə ÜDM-in artım tempi demək olar ki, 2004-cü il səviyyəsində qalıb.
XS
SM
MD
LG