Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:30

Dindarlar yürüş etdi<p align=`left`><br><br>


Səs: Real audio
Azərbaycandakı bütün diplomatik nümayəndəliklərin və beynəlxalq qurumların təhlükəsizliyi gücləndirilib Fevralın 9-da Avropa qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə etiraz edən bir qrup dindar Fransanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməyə cəhd etdilər. Aksiya iştirakçıları metronun «Nizami» stansiyasının yaxınlığından «Füzuli» meydanına, ordan da Rəsul Rza küçəsinə kimi «Hər yer Kərbəla! Hər gün Aşura!», «Allahü-əkbər!» şüarları altında yürüş etdilər. Bu müddətdə aksiyaya müdaxilə etməyən polis onları yalnız nəqliyyatın hərəkətinə mane olmamağa çağırsa da, Fransa səfirliyinin yaxınlığında yürüşçülərin irəliləməsinə imkan vermədi. Hadisə yerinə gələn Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əlyiev, eləcə də Səbayel və Yasamal rayon polis idarələrinin rəisləri aksiya iştirakçılarından bir nəfərin etirazlarını səfirliyə təqdim etməsinə icazə verdilər.



Daha sonra polis əməkdaşlarının nəzarəti altında «Allahü- əkbər!» sədaları ilə dindarlar Təzəpir məscidinə doğru irəlilədilər. Bu müddətdə Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti dayandırıldı.



BŞBPİ-dən verilən məlumata görə, hər ehtimala qarşı Azərbaycandakı bütün diplomatik nümayəndəliklərin və beynəlxalq qurumların təhlükəsizliyi gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG