Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:43

<i>«525-ci qəzet»</i>: «Həmsədrlər Parisdə prezidentlərin görüşünə hazırlıq görürlər»


Səs: Real audio
Fevralın 9-da polis gücləndirilmiş rejimdə çalışacaq Bundan sonra real müxalifətin necə olmasını əyani şəkildə nümayiş etdirəcəyik. Bunu ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu «Yeni Azərbaycan» qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, yaxın günlərdə «Azadlıq» blokunun növbəti toplantısı keçiriləcək. Sərdar Cəlaloğlu bildirib ki, «Azadlıq» blokuna bəzi siyasi partiyalar, ictimai-siyasi xadimlər və QHT nümayəndələrinin də cəlb olunması gözlənilir. ADP funksioneri partiya daxilində ziddiyyətlərin olması ilə bağlı səslənən fikirləri əsassız adlandırıb.



«525-ci qəzet»dəki «Həmsədrlər Parisdə prezidentlərin görüşünə hazırlıq görürlər» başlıqlı məqalədə bildirilir ki, rusiyalı həmsədr Yuri Merzlyakovun Fransa paytaxtına fevralın 10-da gedəcəyi nəzərdə tutulsa da, o, artıq 7-də axşam Parisə yola düşüb. İnformasiya kanallarının yaydığı məlumata görə, bu fakt həmsədrlərin prezidentlərlə görüş qrafiki ilə bağlı hansısa dəyişikliklərin olduğunu göstərir. Bununla belə, müəllif hesab edir ki, təfərrüatlar bəlli olmadığından bu fakt üzərində xüsusi dayanmağa dəyməz. Çox güman ki, vasitəçilər prezidentlərlə görüş öncəsi müzakirə ediləcək məsələləri bir daha nəzərdən keçirməyi vacib sayıblar. Yaxud da cənab Merzlyakovun Parisə təcili səfəri onun özünün şəxsi məsələləri ilə bağlı ola bilər.



«Azadlıq» qəzetindəki «KQB»dən gələn fərman» başlıqlı məqalədə bildirilir ki, bu günlərdə ölkə başçısının fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və quruma Hicran Hüseynovanın sədr təyin edilməsi bəzi dairələrdə birmənalı qarşılanmır. Hətta müəyyən şəxslər bu təyinatın arxasında şübhəli məqamların durduğunu bildirirlər. Müəllif adını açıqlamadığı sabiq «KQB» zabitinə istinadən iddia edir ki, vaxtilə PKK terror təşkilatının yaradılmasında Hicran Hüseynovanın atası Kamran Hüseynovun da rolu var. Lakin arxivlərin açılması mümkün olmadığından, bu həqiqət üzə çıxmır. Bu üzdən də keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin zabitləri Hicran Hüseynovanın təyinatına açıq şəkildə etiraz edirlər.
XS
SM
MD
LG