Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:02

Vətənə borcu necə ödəməli?


Səs: Real audio
Fevralın 9-da polis gücləndirilmiş rejimdə çalışacaq Bu dəfə:



- Vətənə borc nədir sualına cavab tapmağa çalışacaq;



- Həftənin xəbərlərini dinləyəcək;



- İşsiz gənclərlə biznes şirkətləri arasında körpü yaratmaq istəyən "Gələcəyə körpü" Gənclər İctimai Birliyinin işlərindən xəbər tutacağıq.



VƏTƏNƏ BORCU NECƏ ÖDƏMƏLİ?



"Mən düşünmürəm ki, hərbi xidmətdə xüsusi bir qəhrəmanlıq sərgilədim və ya vətənin taleyində hansısa rol oynadım. Mənim seçim imkanım yox idi. Seçim imkanım olsaydı, heç şübhəsiz ki, getməzdim və bunun əvəzində daha faydalı ola biləcəyim sahə üzrə işlər görməyə çalışardım. Çünki hərbi xidmət vətənə xidmətin yeganə üsulu deyil. Bu baxımdan mənim üçün hərbi xidmətdə keçirdiyim 18 ay itirilmiş aylardır".



Bu, bu ilin yanvarında hərbi xidmətdən qayıdan Taleh Şahsuvarlının fikirləridir.



Azərbaycan Respublikası Konstitusiyasına əsasən, 18 yaşına çatmış, sağlamlığı və fiziki göstəriciləri imkan verən hər bir kişi hərbi xidmət keçməlidir.



Bəs əgər gənc vətənə borcunu hərbi xidmətə getməklə yox, başqa bir formada ödəmək istəyirsə, onda necə? Qanun buna "yox" desə də, hərbi ekspert Azad İsazadə hesab edir ki, gənci hərbi xidmətə məcburi göndərmək nəinki olmaz, bu həm də onun hüququnun pozulması deməkdir:



"Heç kimi məcburi vətəni qorumağa göndərmək olmaz. İnsan istəmirsə, çəkinirsə, ona imkan yaradılmalıdır ki, o, öz borcunu hansısa başqa formada həyata keçirsin. Ən vacib, təhlükəli anda silahı atıb qaçacaqsa, elə bu başdan ona silah verməyək də. Kiməsə ayrı insana verək və bilək ki, o, tapşırığı yerinə yetirəcək".



2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda üzərinə götürdüyü öhdəliklərdən biri də alternativ xidmətlə bağlı qanunun qəbulu idi. Amma beş il keçməsinə baxmayaraq, Milli Məclis hələ də belə bir qanun qəbul etməyib.



Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Orucov deyir ki, səbəb cəmiyyətdə bu məsələyə müxtəlif yanaşmaların olması və çoxlarının bunu müharibə şəraitində olan Azərbaycan üçün təhlükə hesab etməsidir: "Amma hazırda Milli Məclisdə belə bir fikir var ki, alternativ xidmət haqqında qanun qəbul olunmalıdır və bu bizim hərbi quruculuq siyasətimizə ciddi ziyan vurmayacaq".



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG