Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:15

MSK-nın 13 üzvü seçilib


Səs: Real audio
Məzahir Pənahov yenidən MSK-nın sədri oldu Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin 18 üzvündən 13-nün səlahiyyətini təsdiqləyib. Seçki Məcəlləsinə uyğun olaraq, MSK-nın 6 üzvü parlamentdəki partiya çoxluğundan, yəni hakim Yeni Azərbaycan Partiyasının (YAP), 6-sı parlamentdə azlıqda qalan partiyanın, daha altı nəfəri isə, müstəqil deputatların verdikləri namizədlərdən təşkil olunmalıdır.



Fevralın 7-də parlamentin növbədənkənar toplantısında MSK-nın YAP-ı təmsil edən üzvlərinin hamısı, azlıqdan qalan partiyaların təmsilçilərindən ikisi və müstəqil deputatların nümayəndələrindən beş nəfərinin səlahiyyətləri təsdiqlənib.



Komissiyanın qalan 5 nəfər üzvü parlamentə boş qalan dairələrə mayın 13-də keçiriləcək təkrar seçkidən sonra müəyyən ediləcək. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov məlumat verib.



Bununla da, MSK-nın 18 üzvündən 13-ü, yəni 2/3-i seçilib. Bu, komissiyanın işə başlamasına və mayın 13-də 10 dairədə keçiriləcək təkrar seçkinin təşkilinə imkan verir.



Komissiyanın sədri Məzahir Pənahovun namizədliyi isə, yenə də hakim YAP-dan verilib və parlament onu da komissiya üzvü kimi təsdiqləyib. MSK-nın fevralın 7-də keçirilən iclasında isə, M.Pənahov yenidən bu qurumun sədri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG