Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:24

Ölmüş quşların qan nümunələri Londona göndərilib


Səs: Real audio
Respublika Baytarlıq Laboratoriyasında quraşdırılmış yeni PSR avadanlığı ilə isə, fevralın 15-dən başlayaraq «quş qripi»nin tiplərini müəyyənləşdirmək mümkün olacaq Azərbaycanın müxtəlif bölgələrində ölmüş quşlardan götürülmüş qan nümunələri araşdırılmaq üçün fevralın 3-də Londondakı referent laboratoriyaya göndərilib. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin Mətbuat Mərkəzinin rəhbəri Yolçu Xanvəli deyir ki, uzağı on günə həmin qan nümunələrinin nəticələri, yəni onlarda «quş qripi» olub-olmadığı məlum olacaq.



Cənab Xanvəlinin sözlərinə görə, Azərbaycandakı müayinələr ölkədə sözügedən virusun olmadığını göstərir. Amma ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi və məsləhətilə nümunələr təkrar Londonda yoxlanacaq.



Respublika Baytarlıq Laboratoriyasında quraşdırılmış yeni PSR avadanlığı ilə isə, fevralın 15-dən başlayaraq «quş qripi»nin tiplərini müəyyənləşdirmək mümkün olacaq. Bu məqsədlə bir qrup yerli mütəxəssis fevralın 6-da Ukraynaya təkmilləşdirmə kursuna göndərilib. Avadanlıq Dövlət Neft Fondunun vəsaiti hesabına yanvarın sonlarında alınıb.



Yolçu Xanvəli deyir ki, indiyə kimi ölkədə «quş qripi» aşkralanmasa da, monitorinqlər davam etdirilir. Elə fevralın 7-də Abşeron Milli Parkında quşların monitorinqinə başlanılıb. Bu monitorinqdə Avstriyadan gətirilmiş testlərlə «quş qripi»nin olub-olmaması yerindəcə yoxlanacaq.



Cənab Xanvəli bildirir ki, ötən bazar günü Pirallahı adası yaxınlığında tapılmış 40 ölü quşun da qripdən yox, «nyukasl» infeksiyasından məhv olduğu aşkralanıb. Rəsmilərin dediyinə görə, indiəyədək bu xəstəlikdən Azərbaycanın bir neçə rayonunda çöl və ev quşları məhv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG