Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

<i>«Yeni Azərbaycan»</i>: «Azadlıq» bloku rəsmən parçalandı»


Səs: Real audio
Hicran Hüseynova qurumun sədri təyin edilib «Yeni Azərbaycan» qəzetindəki «Azadlıq» bloku rəsmən parçalandı» başlıqlı məqalədə deyilir ki, Müsavat Partiyasının boş qalan dairələrdə təkrar seçkiyə qatılacağı barədə son qərarı blokun fəaliyyətinə xitam verdi. Məqalə müəllifi AXCP sədri Əli Kərimliyə istinadən yazır ki, Müsavatın son qərarı blok daxilində çox ciddi təəssüf doğurub. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə, hesab edir ki, Müsavat Partiyası belə bir qərar verərək, blokun digər partiyaları ilə birliyinin üstündən xətt çəkib.



«Üç nöqtə» qəzetindəki «Sumqayıtda ekoloji problemlər çoxalır» sərlövhəli məqalədə bildirilir ki, burada il ərzində 20,2 milyon kubmetrdən çox çirkab suları birbaşa dənizə axıdılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəniz sularından götürülən nümunələr üzərində apardığı təhlillər bu faktı üzə çıxarıb. Məişət tullantılarının idarə olunmasında da nöqsanlar aşkar edilib. Keçirilən reydlər zamanı Abşeron rayonunun Xırdalan, Ceyranbatan, Pirəküşkül, Mehdiabad qəsəbələrində və Aşağı Güzdək, Fatmeyi, Digah, Goradil kəndləri ərazisində məişət tullantılarının yığılıb qalması halları qeydə alınıb.



Müsavat Partiyası başqanının müavini Arıf Hacılı «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib ki, partiyanın boş qalan dairələrdə təkrar seçkiyə qatılacağı barədə qərarının düzgün olmadığını iddia edənlər yaxın aylarda öz mövqelərini dəyişməli olacaqlar. Onun fikrincə, Müsavatdan olan deputatlar da mandatdan imtina etsəydilər, hakimiyyət bunu sevinclə qarşılayacaqdı. Həm də partiya siyasi proseslərdən təcrid olunmuş vəziyyətə düşəcəkdi və bu halda beynəlxalq təşkilatlar da onu müdafiə etmək niyyətində olmayacaqdı. Arıf Hacılının sözlərinə görə, Müsavat Partiyası qərar qəbul edərkən bütün bu amilləri nəzərə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG