Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:46

Karikatura müharibəsi


Səs: Real audio
Hicran Hüseynova qurumun sədri təyin edilib Ötən həftə dünya siyasətinin gündəliyində İranın nüvə proqramı dururdu və Tehranın nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına göndərilməsi müzakirə olunurdu.



Amma başqa bir məsələ də sərlövhəyə çevrildi: Danimarkada bir qəzetin sentyabrda Məhəmməd peyğəmbərin karikaturalarını verməsi. Düzdür, bu qəzet Məhəmməd peyğəmbərin əmmaməsini bomba şəklində təsvir edən karikaturanı hələ sentyabrda çap etmişdi, amma etirazlar əsasən ötən həftədən başlayıb.



Son həftə bu karikaturalara reaksiyalar İndoneziyadan tutmuş Yaxın Şərqədək əksər müsəlman ölkələrini bürüdü və müxtəlif formalar aldı.



İran İslam Konfransı Təşkilatının fövqəladə iclasını çağırmağı tələb etdi. Bunun ardınca Almaniya, Fransa, İsveçrə, İspaniya, Çexiya, Macarıstan və bəzi başqa ölkələrin qəzetləri söz azadlığını müdafiə etdiklərini bildirərək, həmin karikaturaları təkrar çap etdilər.



Karikaturaları ilk dəfə çap etmiş "Jyllands-Posten" qəzeti ötən həftə üzr istədi. Məsələyə münasibət bildirən ATƏT rəsmisi bir tərəfdən, hər kəsin etiqadına hörmət edilməsinin vacibliyini, o biri tərəfdən, hökumətlərin medianın işinə müdaxiləsinin yolverilməzliyini bildirdi və hər kəsin özünüifadə haqqının olduğunu vurğuladı.



Bu mübahisə haradan qaynaqlanır? İslama qarşı qərəzçilikdən, yoxsa Qərbdə və Şərqdə media-cəmiyyət, media-dövlət münasibətlərinin fərqli qavranılmasından?



Söhbətdə iştirak edirlər:



- Bakıdan Söz Azadlığının Müdafiəsi Fondunun eksperti Məmməd Nazimoğlu;



- Parisdən Beynəlxalq Fransızdilli Mətbuat İttifaqının əməkdaşı Kəmalə Muradova



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG