Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42
Rubrikalar

İran qazının Azərbaycan ərazisindən Gürcüstana nəqli dayandırılıb


Səs: Real audio
Hicran Hüseynova qurumun sədri təyin edilib - Fevralın 2-dən etibarən İran qazının Azərbaycan ərazisindən Gürcüstana nəqli dayandırılıb. Məlumatı «Azadlıq» radiosuna «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Nazim Səmədzadə verib. Onun sözlərinə görə, Rusiya Gürcüstana qaz nəqlini bərpa edəndən sonra Tbilisinin istəyi ilə qazın nəqli dayandırılıb.



Cənab Səmədzadə deyir ki, Gürcüstan tərəfinin istəyilə həm də Azərbaycanın öz daxili imkanları hesabına bu ölkəyə qazın ötürülməsi də dayandırılıb. İndi Azərbaycandan Gürcüstana ümumiyyətlə, qaz ötürülmür.



Amma Nazim Səmədzadə bildirir ki, gələcəkdə Azərbaycanla Gürcüstanın mavi qaz alqı-satqısı, eləcə də tranzit məsələlərinə baxıla bilər.



Rusiyadan Gürcüstana qaz ötürən Mozdok-Tbilisi qaz kəmərində baş verən partlayışdan sonra Gürcüstan fevralın 15-nə qədər İran İslam Respublikasından gündə 2 milyon kub metr qaz almaq barədə Tehranla razılığa gəlmişdi.



- «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın elektrik enerjisinin Rusiyaya satılması ilə bağlı razılaşma əldə edib. İndi Azərbaycan elektrik enerjisinin hər kilovatt saatını Rusiyaya 1,6 sentə, köhnə pulla təxminən 73 manata satacaq. Bundan əvvəl Rusiya tərəfi hər kilovatt üçün 1,2 sent, təqbirən 55 manat təklif edirdi.



Ötən ilə qədər Azərbaycan Rusiyaya elektrik enerjisini 77 manata satırdı. İl ərzində Azərbaycan Rusiyadan təqribən 3 milyard kilovatt saat elektrik enerjisi alır, özü isə, bu ölkəyə 1 milyard kilovatt saat enerji satır. Azərbaycan özü isə, Rusiyadan elektrik enerjisini satdığı qiymətdən təqribən 94 manat baha tariflə alır, «Azərenerji»də bunun səbəbini izah etmirlər.
XS
SM
MD
LG