Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb


Səs: Real audio
Hicran Hüseynova qurumun sədri təyin edilib Prezident İlham Əliyevin fevralın 6-da imzaladığı fərmanla Qadın Problemləri üzrə Dövlət Komitəsi ləğv edilib, əvəzində bu qurumun əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Digər sərəncamla isə, Hicran Hüseynova bu komitənin sədri təyin edilib.



Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının üzvüdür. Ötən parlament seçkisində namizədliyini Sumqayıt şəhər 42 saylı seçki dairəsindən irəli sürmüş, ilkin nəticədə qalib gəldiyi elan olunmuşdu. Ancaq Mərkəzi Seçki Komissiyası bu dairədə qanun pozuntularının baş verdiyini bildirərək, nəticələri ləğv etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG