Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Bəzi müxalifətçilər Müsavatdan narazıdırlar


Səs: Real audio
Semyon İxilov: «Əks halda, daha betər hadisələr baş verə bilər» Müsavat Partiyasının ləğv edilmiş dairələr üzrə təkrar seçkiyə getmək qərarı müxalifəti parçalayırmı? Yoxsa, «Azadlıq» blokuna daxil olan digər partiyalar da Müsavatın arxasınca seçkiyə gedə bilər? Partiyanın qərarı ilə siyasi səhnədə nə dəyişir? Müsavatın seçkiyə getməyi müxalifətə nə verir? Və ya müxalifət nə itirir?



Hələ Müsavat Partiyası ləğv edilmiş dairələr üzrə təkrar seçkidə iştirak məsələsini müzakirə etməyə hazırlaşanda «Azadlıq» blokuna daxil olan digər partiyalar buna mənfi reaksiya vermişdilər. ADP və AXCP-dən səslənən fikirlər bu qurumların Müsavat Partiyasının boykotdan kənar hər hansı qərar qəbul etməsinin əleyhinə olduğunu göstərirdi. Ancaq elə əvvəldən də Müsavat Partiyasının öz müttəfiqlərinin arzulamadığı addımı atacağı ehtimal olunurdu. Bunu təkcə hakimiyyətdən səslənən bəzi fikirlər yox, həm də bir sıra ziyalıların mətbuatda Müsavat Partiyasının rəhbərliyini bu addımı atmaqdan çəkindirməyə yönələn çağırışları da təsdiqləyirdi. Ancaq bütün bunlara baxmayaraq, fevralın 5-də Müsavat Partiyasının rəhbərliyi ləğv edilən dairələr üzrə təkrar seçkidə iştirak etmək və partiyanın deputat seçilmiş üzvlərinin parlamentin iclaslarına qatılması qərarını verdi.



Müsavat Partiyasının başqan müavini Vurğun Əyyub hesab edir ki, bu qərar Azərbaycanın və müxalifətin ümumi maraqlarına xidmət edir, ölkədə demokratiya uğrunda mübarizəni davam etdirmək üçün imkan yaradır.



Ancaq «Azadlıq» blokuna daxil olan digər partiyaların funksionerləri deyəsən, bu addımın heç də ölkə maraqları naminə atıldığını güman etmirlər. Son günlər istər ADP-dən, istərsə də AXCP-dən səslənən fikirlər də bunu təsdiqləyir. Hər iki partiyaya yaxın mətbuat orqanları öz səhifələrində Müsavat Partiyasının boykotdan imtina etməsini vədə xilaf çıxma kimi dəyərləndirir.



AXCP sədrinin müavini Fuad Mustafayev hesab edir ki, bu addım müxalifətə yaxşı heç nə vəd etmir. Əksinə, demokratik mübarizənin davam etdirilməsi işinə problem yaradır.



Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov isə, deyir ki, Müsavat Partiyasının bu addımından müxalifətin qazanması və ya itirməsi hələ məlum deyil. Bunu müəyyənləşdirmək üçün «Azadlıq» blokuna daxil olan partiyalar bir araya gəlib vəziyyəti müzakirə etməlidirlər.



Cənab İsmayılovun fikrincə, Müsavat, AXCP, ADP və onlara yaxın olan digər partiyalar birlikdə müəyyənləşdirməlidilər ki, parlamentə gedilirsə, sonrakı addımlar nədən ibarət olacaq.



Əlbəttə ki, bu addımın Müsavat Partiyasına heç nə verməyəcəyini deyənlər də var. Ancaq Vurğun Əyyub deyir ki, parlamentdə deputatlarının olması partiyanın sözünü çatdırmaq baxımından əhəmiyyətlidir.



Cənab Əyyub hesab edir ki, hakimiyyət nəticələri ləğv edilmiş dairələrə keçirilən seçkini saxtalaşdırsa, bu addım ümumi mübarizənin hüdudları daxilində müxalifətin mövqeyini möhkəmləndirəcək.



Fuad Mustafayev isə, hesab edir ki, bu qərar Müsavat Partiyasına zərərdir. Hətta təkrar seçkidə partiya yenə yer götürsə belə, bu, onun hazırkı qərarına heç bir müsbət çalar verməyəcək. Eldar İsmayılova görə də, boş qalan yerlərə seçkidə Müsavat Partiyasının 1-2 mandat əldə etməsi ona böyük bir şey vermir. Ancaq hər halda parlamentə getməklə partiya tribuna qazanır ki, bu da az iş deyil.



Cənab İsmayılov əlavə edir ki, hər halda Müsavat Partiyası cəmiyyətə bu addımını əsaslandırmalıdır. Çünki, təkrar seçkidə yer qazanmasa, pis vəziyyətdə qalacaq. Ancaq bu indikindən pis olmayacaq. Çünki indi bu partiya vədinə əməl etməməkl

Günün bütün mövzuları

XS
SM
MD
LG