Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29
Rubrikalar

Azərbaycan teletamaşaçısının 50 yaşı tamam oldu


Səs: Real audio
Semyon İxilov: «Əks halda, daha betər hadisələr baş verə bilər» Bu "İz"də:



- "Televiziya və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Azərbaycan teleseyrçilərinin arzularını eşidəcək;



- «Peyk televiziyası» anlayışına aydınlıq gətirəcək;



- «Mentalitet dolması»na qonaq olacaq;



- və hər dəfə professor Elşad Quliyevin açıqlamalarını dinləyəcəksiz



AZƏRBAYCAN TAMAŞAÇISI NƏ QƏDƏR NARAZI QALSA DA, TELEVİZİYANI ÇOX SEVİR



Azərbaycan teletamaşaçısının 50 yaşı tamam oldu. Düz 50 il öncə paytaxt Bakının bəzi mənzillərində sehrli qutu dinib-danışdı və ən təəccüblüsü, həm də göstərdi.



Teleseyrçi həmin günləri xatırlayır: "İkinci Dünya müharibəsindən sonrakı aclıq və tuta-tutdan sonra bəlkə də ilk sevincimiz məhz telestansiyanın işə başlaması oldu".



Başqa teleseyrçi deyir: "Lap nağıldakı kimiydi: evində olmayan adamın üzünü də görürdün, səsini də eşidirdin. «Luç» markalı televizorun son dərəcə xırda ekranı elə böyük görünürdü ki..."



Azərbaycan televiziyasının ilk çağlarını o dönəmin ən məşhur adamları – diktorlar necə xatırlayır? İlk diktorlardan Natəvan Hacıyeva: "56-dan 60-dək orada sınaq verilişləri olub. Əsl verilişlər başlayıb 60-cı ildə...".



Rafiq Hüseynov: "Televiziya bir möcüzə idi, kim çıxış edirdi, kim söz deyirdi, kim film göstərirdi, onlara möcüzəli insanlar kimi baxırdılar. Mənə elə gəlir ki, o dövrdə televiziyada səmimilik vardı. Yəni kollektiv böyük deyildi, cəmi 3-4 diktor çalışırdı".



Bir televiziya – bir proqram dövrü çoxdan bitib. Keçmiş sovetlərdən qalma «dəmir pərdə» də aradan qaldırılıb. Peyk antenaları, İnternet indi bütün dünyanı evə gətirir. Müxtəliflik, fikir plüralizmi, söz azadlığı yavaş-yavaş olsa da, Azərbaycan teleməkanına da hopur. Görəsən, seyrçilərin yeni telekanallara münasibəti necədir?



"Mən qabaqkını alqışlayıram, indikini yox. Televiziyada həyatı reallıqda əks etdirsinlər. Ayrı-seçkilik olmasın...", "Yaxşıdır, indi maraqlı şeylər göstərirlər. Oturub istirahət etmək olar...", "Çox vaxt başqa kanallara baxıram. Adam istəyir yaxşı bir baletə baxsın, amma baxa bilmir...".



50 il məşhur Məşədi İbadın da yaşıdır. Azərbaycan televiziyası həm sadəlövh, həm xəsis, həm köhnəfikirli, həm də məzəli və ürəyiyumşaq Məşədi İbadın yaşına çatıb. Televiziyalarımıza nə arzulardız?



"Xüsusilə seçki gedən zaman reallığı əks etdirsinlər...", "Köhnə vaxtın kinoları xoşuma gəlir. İstərdim ki, o kinolardan yenə göstərsinlər... Köhnə vaxtı yaxşı Azərbaycan kinoları gedirdi...", "Arzulayardım ki, yaxşı verilişlər təşkil etsinlər, adamları, ictimaiyyəti cəlb etsinlər, onların fikirlərini öyrənsinlər, görsünlər camaat nəylə maraqlanır...".



Dünyanın ən sevimli möcüzəsi – televiziya yerində saymır, inkişaf edir, təzələnir, çoxalır. Amma bir şey dəyişməz qalır: mənzilimizdəki sehrli güzgüyə həmişəlik bağlanmışıq. O, olmayanda darıxırıq. 50 yaşın mübarək, bizim TV!



TELEVİZİYA VƏ MƏDƏNİYYƏT



Bələdçimiz tanınmış telemütəxəssis, teletənqidçi, professor Elşad Quliyevdir



- Elşad müəllim, «televiziya və mədəniyyət» mövzusu həmişə çəkişmələr, diskussiyalar doğurub: Mədəniyyətin inkişafına yardımçı olmaları baxımından indiki televiziyaların fəaliyyətini necə qiymətləndirir, nəyə ehtiyac duyursunuz?



Elşad Quliyev: - Son vaxtlar çoxlu söhbətlər gəzir, müxtəlif təkliflər gedir. Hətta bir neçə yaradıcılıq ittifaqları, ziyalılarımız, müxtəlif mədəniyyət xadimləri
XS
SM
MD
LG