Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29

Naxçıvanda adamlar azalır, mehmanxanalar isə çoxalır...


Səs: Real audio
Xanların Qızılqaya qəsəbəsinin yüzə qədər sakini fevralın 5-də etiraz aksiyası keçirərək Xanlar-Gəncə avtomobil yolunu bağladılar. Sakinlərin etirazına səbəb isə sosial problemlərdir Naxçıvanda yaşamaq çətindir, ancaq ondan da çətini Muxtar Respublikada baş verənlərə dözməyib mübarizə aparmaqdır: «Mən Naxçıvanın rəhbərliyin Avropa İnsan Haqları Məhkəməsinə vermişəm. Bir milyard manat təzminat tələb edirəm və məndə olan məlumata görə, artıq şikayətim icraata götürülüb…»



Bu, «Azadlıq» qəzetinin Naxçıvandakı bölgə müxbiri Məhəmməd Rzayevin sözləridir. Onun dediyinə görə, iki dəfə oğurlanaraq, fiziki zorakılıqlara məruz qalıb. Cənab Rzayev oğurlanmasını Muxtar Respublikada baş verən özbaşınalıqlar haqqında «Azadlıq» qəzetində bir neçə məqalə dərc etdirməsi ilə izah edir. Jurnalistin sözlərinə görə, oğurlanmasıyla bağlı hətta Naxçıvan Daxili İşlər naziri onu qəbul edib, şikayətini dinləsə də, müqəssirlər hələ də cəzalanmayıb.



Naxçıvan şəhərinin köşklərində isə, müxalifət qəzetləri satılmır. Yalnız səyyar qaydada qəzet satışı ilə məşğul olan adamlardan, özü də onların ifadəsi ilə desək, «əl altından» müxalifət qəzetlərini almaq olar. Muxtar Respublikanın rayonlarında isə, bu da mümkün deyil. Məhəmməd Rızayev deyir ki, onlar yeni qəzet təsis etməklə, həm əhalidə müstəqil fikrə olan təlabatı ödəmək, həm də diqqəti sırf Muxtar Respublikadakı özbaşınalıqlara yönltmək niyyətindədirlər: «Qəzetin adı isə, «Demokratik Naxçıvan» olacaq».



Naxçıvanda fəal siyasətlə məşğul olmaq da çətindir. Bunu isə, Azərbaycan Xalq Cəbhəsi Partiyası Muxtar Respublika təşkilatının sədri, hüquq müdafiəçilərinin siyasi məhbus saydıqları və sonradan dövlət başçısının sərəncamı ilə əfv edilən Asəf Quliyev deyir. Onun səkkiz illik həbsxana həyatından sonra Naxçıvan haqqında gəldiyi nəticə isə, belədir: «Naxçıvan böyük zona bənzəyir».



Asəf Quliyev deyir ki, əgər onlar hansısa çayxana və kafelərin birində yığıncaq keçirirlərsə, bunun ziyanını həmin yerin sahibləri çəkir. Onun sözlərinə görə, Naxçıvanda bir neçə çayxana məhz orada müxalifətçilərin toplaşması üzündən bağlanıb.



Ancaq Naxçıvanda fəaliyyət göstərmək təkcə siyasətçilər üçün çətin deyil. Şəhərdəki mağazaların əksəriyyəti axşam bağlanır. Muxtar Respublikada enerji qıtlığı səbəb göstərilərək mağaza sahiblərinə tapşırılıb ki, qaranlıq düşən kimi alış-verişi dayandırsınlar. Bununla belə, bir sıra mağazalar gecə düşənə qədər fəaliyyət göstərirlər. Belə mağazalar isə, deylənlərə görə, vəzifəli şəxslərə məxsusdur. Saat yeddi olmamış mağazasını bağlayan və bu ayrı-seçkiliyi dözümlə qarşılayan sahibkarlar isə, əsasən susmağı üstün tuturlar: «Qardaş mən heç nə deyə bilmərəm. Get özgəsindən soruş».



Asəf Quliyev deyir ki, Naxçıvanın ən böyük bəlası inhisarçılıqdır. Onun sözlərinə görə, nəinki iri vəzifə və obyektlər, hətta Muxtar Respublikanın təbii sərvətləri də bir qrup insanın inhisarına alınıb.



Bəzən aramsız yağan qar Naxçıvan küçələrində gediş-gəlişi çətinləşdirir. Sürücülər deyirlər ki, əgər küçələrə azacıq qum və ya duz tökərlərsə, bu maşınların təkərlərinin sürüşməsinin qarşısını alar. Ancaq görünür duzun vətəni Naxçıvanda duz sarıdan korluq çəkilir. Hər halda bəzi sürücülər yarı-zarafat, yarı da ciddi belə hesab edirlər: «Naxçıvanda duz tapılmır ki. Görünür, duzu da Naxçıvana təyyarə ilə gətrmək lazımdır. Yoxsa, hamıya biz duz sata-sata duzsuz qalmazdıq…»



Naxçıvanda inhisarçılığa və korrupsiyaya qarşı dövlət orqanlarının necə mübarizə apardığı isə, mənə məlum olmadı. Çünki Muxtar Respublikada dövlət orqanlarının üzü mətbuata bir növ bağlıdır. Onlar jurnalistlə

Günün bütün mövzuları

XS
SM
MD
LG