Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Qoşunların təmas xəttində monitorinq keçiriləcək


Səs: Real audio
Xanların Qızılqaya qəsəbəsinin yüzə qədər sakini fevralın 5-də etiraz aksiyası keçirərək Xanlar-Gəncə avtomobil yolunu bağladılar. Sakinlərin etirazına səbəb isə sosial problemlərdir Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən «AzərTAc»a bildiriblər ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcək.



Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik, onun səhra köməkçiləri Oleksandr Samarski və Jiri Aberle keçirəcəklər.



Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan təmas xəttinin qarşı tərəfində isə, bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen, Piter Ki və İmre Palatinus yerinə yetirəcəklər.
XS
SM
MD
LG