Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:44

Müsavat seçkilərə gedir<p align=`left`><br><br>


Səs: Real audio
Müsavat partiyası parlamentin işinə qatılır və bu il mayın 13-də 10 dairə üzrə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək Müsavat başqanının müavini Mehman Cavadoğlu deyir ki, bu barədə fevralın 5-də partiyada keçirilən toplantıda qərar qəbul olunub.



Cənab Cavadoğlu bildirir ki, hazırda partiyada təkrar seçkidə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr başlayıb. Namizədlərin qeydə alınması müddətinin başa çatmasına qısa vaxt qaldığı üçün Müsavat da namizədlərini yaxın günlərdə müəyyən edəcək.



Ötən ilin noyabrında keçirilən parlament seçkilərində MSK Müsavat, ADP və AXCP-nin yaratdığı «Azadlıq» seçki blokundan 5 nəfərin qalib gəldiyini elan etmişdi. Onlardan üçü – Nəsib Nəsibzadə, Arzu Səmədbəyli, İkram İsrafilov Müsavatı, biri – Cəmil Həsənli isə AXCP-ni təmsil edirdi. Blok üzvü Pənah Hüseyn də MSK-nın nəticələrinə görə, qalib elan olunmuşdu.



Müsavat partiyası İmişli təşkilatının sədri İltizam Əkbərli və partiya üzvü Aynur Camalqızı isə seçkiyə müstəqil namizəd kimi qatılıb, MSK-nın nəticələrində qalib elan olunmuşdular.



"Müsavat partiyası təkrar seçkiyə qatılmaq və parlamentin işində iştirak etmək qərarı ilə «Azadlıq» blokunun və ümummilli maraqların bundan sonrakı fəaliyyətinə xitam verdi". Demokrat partiyası (ADP) sədrinin müavini Sərdar Cəlaloğlu belə deyir. O, bildirir ki, fevralın 7-də «Azadlıq» blokunun son toplantısı olacaq.



"Müsavat «Azadlıq» blokunun mövqe və prinsiplərinə ciddi zərbə vurdu. Ən təsirli isə bu idi ki, Müsavat bu zərbəni hakimiyyətin maraqlarına uyğunlaşdırdı". Bu fikirləri isə AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu deyir.



Yeni Azərbaycan partiyasından (YAP) millət vəkili Rəbiyyət Aslanova isə Müsavatın bu qərarını gözlənilən qərar adlandırır: "Məsələnin bu cür inkişaf edəcəyini biz əvvəlcədən görürdük. Yəni onların əvvəlki münasibətləri, əvvəlki şıltaqlıqlarının bu cür nəticələnməsi qanunauyğunluq idi...".

Günün bütün mövzuları

XS
SM
MD
LG