Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

QMİ peyğəmbərin karikaturalarının çapına etiraz edir


Səs: Real audio
İdarənin yaydığı bəyanatda deyilir ki, «bu, fərqli inancları olan insanlar arasında qarşıdurmanı qaçılmaz edə bilər» «Bir sıra Avropa ölkələri qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının çap edilməsi eyni dövlətdə yaşayan və fərqli inancları olan insanlar arasında qarşıdurmanı qaçılmaz edə bilər».



Bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fevralın 4-də yaydığı bəyanatında yer alıb. Sənəddə deyilir: «Biz ümumqafqaz və dünya müsəlmanlarını sərt qərarlar qəbul etməməyə, həmçinin başqa din xadimlərini də karikaturalara etiraz etməyə çağırırıq».



QMİ Mətbuat Xidmətinin rəhbəri Akif Ağayev onu da deyir ki, fevralın 3-ü və 4-də Bakıdakı «Təzə Pir» Məscidinə toplaşan bir qrup dindar gənc karikaturalara etirazlarını bildiriblər. Onun sözlərinə görə, gənclərin Avropa ölkələrinin paytaxtdakı səfirlikləri qarşısında etiraz aksiyası keçirmələrinin qarşısı hələlik alınıb.



Cənab Ağayevin bildirdiyinə görə, QMİ bu mənada Bakıdakı diplomatik korpusların da məsələyə reaksiya verməsinə tərəfdardır. O, əlavə edir ki, idarənin bu bəyanatı mətbuat azadlığına etiraz deyil, «sadəcə, biz bir sıra məsələlərə, o cümlədən, dini inanclarla bağlı mövzulara toxunarkən ehtiyatlılığın tərəfdarıyıq».



Məhəmməd peyğəmbərin karikaturalarının Avropa qəzetlərində çap edilməsinə fevralın 3-də İçərişəhər «Cümə» Məscidi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İslam Patiyası da etirazlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG