Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:50

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycana gəliblər


Səs: Real audio
Onlar «quş qripi» virusunun olub-olmaması ilə bağlı araşdırma aparacaqlar Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) Epizotiya Əleyhinə Mübarizə və Müalicə Profilaktikası Sektorunun rəhbəri Dilqəm Ağamalıyevın «Azadlıq» radiosuna verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri «quş qripi» virusunun olub-olmaması ilə bağlı araşdırma aparmaq üçün Azərbaycana gəliblər.



Cənab Ağamalıyev bildirir ki, Masallı və Bərdədə yerli mütəxəssislərin apardıqları müayinələrlə tanışlıq və şəxsi müşahidələrindən sonra ÜST-nin ekspertləri hələlik bu rayonlarda sözügedən xəstəliyin aşkarlanmadığı qənaətinə gəliblər.



Hava şəraiti imkan verərsə, ekspertlər fevralın 5-də virusa qarşı mübarizə işiylə tanış olmaq üçün Naxçıvana gedəcəklər.
XS
SM
MD
LG