Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:58

Musiqi kollektivləri AzTV-yə bərpa olundular


Səs: Real audio
Nazirlər Kabineti (NK) beş musiqi kollektivinin "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması haqda qərarı ləğv edib Həmin kollektivlərdən birinin – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Nəriman Əzimovdan aldığımız məlumatda belə deyilir.



Xalq çalğı alətləri, simfonik və estrada orkestrləri, habelə xor kapellası və uşaq xoru 2005-ci ildə AzTV tərkibindən çıxarılaraq Mədəniyyət Nazirliyinin tərkibinə verilmişdi. Sabiq mədəniyyət naziri Polad Bülbüloğlu Rusiyaya səfir təyin edildikdən və nazirlik ləğv olunandan sonra NK adıgedən kollektivlərin iştirakı ilə müşavirə keçirib və onları əvvəlki iş yerlərinə bərpa ediblər. Bunu isə NK-nın şöbə müdiri İsmayıl Sadıqov deyib.
XS
SM
MD
LG