Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

Nardaranlılardan prezidentlə görüş tələbi


Səs: Real audio
Gələn cümə gününədək kənd sakinləri prezidentdən cavab gözləyəcəklər "Prezident İlham Əliyevdən kənddə baş verə biləcək hadisələrin qarşısını almaq üçün Nardaran ağsaqqallarını qəbul etməsini xahiş edirik".



Bunu fevralın 3-də Nardaran kəndində keçirilən mitinqdə kənd sakini Mehman Məmmədov dedi.



Kənd ağsaqqallarından Məşədi Natiq Kərimovsa bildirdi ki, gələn cümə gününə kimi kənd sakinləri prezidentin onları qəbul edib-etməyəcəyinə dair qərarı gözləyəcəklər. Bundan sonra yenidən mitinq keçirmək haqda müzakirələr başlayacaq.



Kənd sakinləri yanvarın 24-də kənddəki atışma zamanı yaralanan iki həmkəndlilərinin azad olunmasını tələb edirlər. Sakinlər onları günahsız hesab edirlər.



Daxili işlər naziri Ramil Usubov yanvarın 30-da nazirlikdə keçirilən kollegiya iclasından sonra Nardaran hadisələrinə münasibət bildirərkən demişdi ki, müalicə alan kənd sakinləri sağalan kimi cinayət məsuliyyətinə cəlb ediləcəklər. Ramil Usubov onu da demişdi ki, hökumət cinayət törədənlərlə kənd sakinlərinə eyni münasibətdə deyil.



Yanvarın 24-də Nardaran kəndində polislə sakinlər arasında baş verən silahlı qarşıdurmada üç nəfər – iki polis əməkdaşı və bir kənd sakini həlak olub. Atışmada yaralanan iki kənd sakini isə hazırda müalicə olunur. Yaralı nardaranlılarla valideynlərinin görüşünə isə hadisə baş verəndən bəri yalnız fevralın 3-də icazə verilib.
XS
SM
MD
LG