Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:25

<i>«Azadlıq»</i>: «Hüseyn Bağırovu «vururlar»»


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» "Azadlıq" qəzetindəki "Hüseyn Bağırovu "vururlar"" sərlövhəli məqalədə deyilir ki, hakimiyyətə yaxın dairələrdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun yaxın vaxtlarda işdən kənarlaşdırılacağı bildirilir. Həmin məlumatlara görə, artıq bu məsələ Prezident Aparatında müzakirə edilib və hətta Bağırovu əvəzləyəcək şəxs də tapılıb. Nazir olmağa hazırlaşan şəxsin deputat Novruz Quliyevin olduğu vurğulanır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun isə xarici ölkələrdən birinə səfir göndəriləcəyi bildirilir. Konkret ünvan göstərilməsə də, həmin ölkənin Avropa dövlətlərindən biri olacağı istisna olunmur.





AMİP lideri Etibar Məmmədov "Yeni Azərbaycan" qəzetinə müsahibəsində deyib ki, AMİP dağılmayıb, sadəcə bir qrup insan partiya sıralarından uzaqlaşdırılıb. Etibar Məmmədov partiya daxilində Əli Əliyevin rəhbərlik etdiyi qruplaşmanın fəaliyyətinə son qoyduqlarını deyib. Partiya sədri parçalanma ilə bağlı yaranan söz-söhbətləri də absurd adlandırıb. Etibar Məmmədov müsahibəsində bir müddət siyasi proseslərdən kənara çəkildiyi üçün peşmançılıq çəkdiyini bildirib. Deyib ki, bu, Əli Əliyevin ucbatından baş verib. Etibar Məmmədova görə, Əli Əliyev partiyanın rəhbər orqanlarında həmişə bilərəkdən ayrı-seçkilik edib.
XS
SM
MD
LG