Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:55

Həmsöhbətimiz Rafiq Hüseynovdur


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» Bu dəfəki həmsöhbətimiz 1991-ci ilə qədər demək olar ki, hər gün Azərbaycanın bütün evlərinə gələrək müəyyən vaxtı hamı ilə birgə keçirirdi. Aradan 15 il keçməsinə baxmayaraq, Azərbaycan adamı onu unutmaq istəmir. Və hətta inadla nə vaxtsa günlərin birində yenə gələcəyini gözləyir. Onu da deyim ki, illər nə görkəminə, nə də səsinə elə bir təsir edə bilməyib. Xalq artisti, professor və nəhayət, sadə azərbaycanlının sadəcə diktoru Rafiq Hüseynov



- Rafiq müəllim, cəmiyyət Sizi demək olar ki, hər gün görməyə bir növ adət etmişdi. Və birdən birə Siz daha görünmədiniz. Nə idi buna səbəb?



- O dövrdə siyasi oyunlar gedirdi və vəziyyət də çox gərgin idi. Hiss edirdim ki, məni bu oyunlarda istifadə etmək istəyirlər. Hətta o dərəcəyə çatmışdı ki, tutaq ki, mən öz dostlarım haqqında nəsə neqativ məlumatlar verməliydim. Mən buna görə televiziyadan gedəsi oldum və heç də buna heyfsilənmirəm. Çünki cüzi də olsa bir hörmətin vardısa, onu itirə bilərdim. Hətta yaşlı bir qadın o dövrdə mənə rast gəldi. Dedi ki, Rafiq, oğul, sən neylədin? Mənim evdə söhbət etdiyim, təmasda olduğum yeganə insan sən idin, sən də ordan getdin... İnsanların ikinci sualları da o olur ki, bəs niyə bizi tərk edib getdiniz?



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG