Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

ATƏT seçkilərlə bağlı son sözünü dedi


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycandakı parlament seçkiləri ilə bağlı yekun məruzəsini yaydı. Bu təşkilatın dəyərləndirməsinə görə, seçkiqabağı proseslərdə müsbət irəliləyişlər olsa da, səslərin sayılmasında çoxlu pozuntulara yol verilib



ÜMUMİ MÜDDƏALAR



Prezidentin seçki prosesini təkmilləşdirmək üçün iki fərman verdiyini xatırladan ATƏT icra hakimiyyətinin bu fərmanları ya yerinə yetirə bilmədiyini, ya da yerinə yetirmədiyini qeyd edir. Və həmin hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb olunmadığını deyir.



Müsbət irəliləyişlər sırasında çoxsaylı namizədlərin qeydə alınması, MSK-nın bir çox texniki işləri vaxtında yerinə yetirməsi, maarifçilik işi aparması, seçicilərin barmağının rənglənməsi, televiziyalarda debatlar üçün azad efir vaxtı qeyd olunur.



Çatışmazlıqlar sırasında isə yerli hakimiyyət nümayəndələrinin seçkiyə müdaxiləsi və hakimiyyətə yaxın namizədlərin xeyrinə çalışmaları, müxalifətin nümayişlərinin qarşısının alınması, seçki komissiyalarının tərkibinin əsasən hökumətin xeyrinə olması, azad televiziyalara təzyiqlər və başqa pozuntular göstərilir.



Xüsusən qeyd olunan pozuntular isə səsvermə günü və səslərin sayılmasıyla bağlıdır. Məruzəyə görə, müşahidə olunan məntəqələrin 13 faizində pozuntu səsvermə ilə bağlı olubsa, 41 faizində səslərin sayılması ilə bağlı olub.



Pozuntularla bağlı ATƏT Azərbaycan hakimiyyətinə 30 tövsiyə verir. Bunlar icra hakimiyyətinin islahı, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, ictimaiyyətin etimadını qazana bilən formada seçki komissiyalarının təşkili, medianın, xüsusən TV-lərin obyektivliyinin və azad toplaşma hüququnun təmin olunmasıdır.



HESABATA REAKSİYALAR



MSK-nın tərkibi



Milli Məclisin vitse-spikeri Bahar Muradova AŞPA-nın qış sessiyasından qayıdandan sonra deyirdi ki, Seçki Məcəlləsinə dəyişiklik mümkündür. Venesiya Komissiyasından Sergey Kuznetsov da Azərbaycanla əməkdaşlıq məsələsinin detallarının bir neçə həftəyə müəyyən olunacağını demişdi.



MSK-nın tərkibi məsələsi hələ də Milli Məclisin müzakirəsinə çıxarılmayıb. Bir neçə dəfə parlamentin bu məsələni müzakirəyə çıxaracağı barədə qabaqcadan məlumat verilsə də, sonradan müxtəlif səbəblərdən təxirə salınıb.



Yeni Azərbaycan partiyasından Siyavuş Novruzov bu fikirdədir ki, MSK-nın tərkibindən ictimaiyyət ümumilikdə razıdır, əgər ictimaiyyət deyəndə, müxalifət nəzərdə tutulursa, bu başqa məsələdir. Cənab Novruzovun sözlərinə görə, MSK-nın ədalətli formalaşması qanunla nəzərdə tutulub, bu yöndə iş gedir.



Müsavatdan Arif Hacılı isə bu fikirdədir ki, ictimaiyyətin təkcə MSK deyil, dairə seçki komissiyaları, xüsusilə məntəqə seçki komissiyalarının tərkibinə inamı azdır.



Seçkilərə müdaxilə



Ötən il ATƏT-in parlament seçkisinə dair ilkin rəyindən sonra prezident İlham Əliyev bir neçə icra başçısını seçki pozuntularına görə vəzifəsindən azad etdi, 10 dairədə seçkinin nəticələri ləğv olundu. Ancaq seçkinin yekun nəticəsində görə, hakim YAP parlamentdə üstünlük qazandı.



Urdur Gunnarsdottir deyir ki, ATƏT-in yekun hesabatında ən mühüm tövsiyə yerli icra hakimiyyətinin, rəsmilərin seçki prosesinə müdaxiləsiylə bağlıdır:



XS
SM
MD
LG