Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42
Rubrikalar

İri ticarət mərkəzləri Bakının kənarına köçürülür


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir: «Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb» - Amerikanın Energetika Nazirliyi nüvə terrorizminin qarşısının alınması məqsədilə Azərbaycanda yeni mərkəz – laboratoriya yaradacaq. «İkili və radioaktiv materialların identifikasiyası mərkəzi» adlanan bu layihə Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu ilə birlikdə həyata keçiriləcək. Məlumatı «Azadlıq» radiosuna institutun direktoru Adil Qəribov verib.



Adil Qəribovun sözlərinə görə, bu laboratoriya əsasən sərhəd-keçid məntəqələri və gömrük postlarına nəzarət edəcək: "Sərhəddə şübhəli nüvə materialları aşkar edilərsə, onun təhlükəsizlik dərəcəsi müəyyən ediləcək".



Dəyəri təqribən 300 min Amerika dolları olan layihənin 2007-ci ilin əvvəllərində reallaşması nəzərdə tutulur.



- ""Quş qripi"nin qaçaqmal yolu ilə keçirilən quş əti vasitəsilə yayılmasının qarşısını 100 faiz almaq mümkün olmur. Amma biz gömrükçülərə məlumat vermişik ki, gücləndirilmiş iş rejiminə keçsinlər".



Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane Bakıda Avropa regionu gömrük xidmətləri rəhbərlərinin görüşündə belə deyib. Cənab Dane əlavə edib ki, Azərbaycan ərazisi hələ də Əfqanıstandan gətirilən narkotik maddələrin ötürülməsində tranzit rolu oynayır.



- Bakının nəqliyyat şəbəkəsinin 2030-cu ilə qədərki inkişaf sxemi hazırlanacaq. Prezident İlham Əliyevin «2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi barədə» sərəncamı ilə həmçinin Bakının mərkəzində yararsız yollar təmir ediləcək və yeniləşdiriləcək. Səkiləri daraldan binaların tikilməsinə də qadağa qoyulacaq. Dövlət başçısının sərəncamında Bakı şəhər İcra Hakimiyyətinə tapşırılır ki, bir ay ərzində iri ticarət mərkəzləri Bakının kənarına köçürülsün.
XS
SM
MD
LG