Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Araz Əzimov: «Hansısa sənədin imzalanması şaiyədən başqa bir şey deyil»


Səs: Real audio
Nazir müavini bildirir ki, Azərbaycan torpaqlarının işğal altında qalması getdikcə Ermənistan üçün böyük yükə çevriləcək Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ziyanına həlli ilə bağlı cəmiyyətdə səslənən fikirlərin heç bir əsası yoxdur. Bunu Xarici İşlər nazirinin müavini və prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov fevralın 2-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya səfərinə həsr olunan mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, hansısa sənədin imzalanması haqda deyilənlər şaiyədən başqa bir şey deyil. Sülh sazişi üçün imkanların hələ tükənmədiyini deyən cənab Əzimov bildirir ki, Azərbaycan torpaqlarının işğal altında qalması getdikcə Ermənistan üçün böyük yükə çevriləcək: «Torpaqları azad etməyincə, Ermənistanın həm siyasi, həm də iqtisadi baxımdan mövqeləri zəifləyəcək».



Danışıqlar prosesində imkanların mövcudluğunu deyən nazir müavininə görə, əgər qarşı tərəf bundan sui-istifadə etsə, onda danışıqlar nəticəsiz qala bilər.



Hazırda ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədrləri Stiven Mann, Bernar Fasiye və Yuri Merzlyakov Ermənistandadırlar. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryanın isə, fevralın 10-u və 11-də Fransada görüşəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG