Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23

<i>«Gün Səhər»</i>: «Göydələnlərdən yerə dəyənlər»


Səs: Real audio
Sərnişindaşımada qiymətlərin qaldırılmamasına etiraz edən Bakıda 160 nömrəli marşrutun sürücüləri fevralın 1-də tətilə başlayıblar. Onlar tətili qiymətlər qaldırılanacan davam etdirmək niyyətindədirlər «Bü gün iqtidar-müxalifət dialoqu arzuolunan səviyyədə deyil». Bunu millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva «525-ci qəzet»ə deyib. Onun fikrincə, müxalifətçi depuptatların parlamentin işinə qatılması iqtidar-müxalifət dialoqu, siyasi-hüquqi polemika üçün mühüm faktorlardandır. Dialoqun formatının dəyişdirilməsi və genişləndirilməsinə gəlincə, millət vəkili buna ehtiyac görmür. Onun fikrincə, dialoqda iştirak edəcək qüvvələri müəyyənləşdirmək tərəflərin özlərinə aid olan məsələdir.



«Azərbaycan» qəzetində «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər planının təsdiq edilməsi haqqında» prezidentin sərəncamı dərc olunub. Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, müvafiq dövlət strukturları ilə birgə Bakıda salınacaq yeraltı ve yerüstü yolların, keçidlərin layihələri hazırlansın. Sənəd Bakıda yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşasını da nəzərdə tutur.



«Gün Səhər» qəzetindəki «Göydələnlərdən yerə dəyənlər» başlıqlı məqalədə bildirilir ki, yeni binalara köçənlər özlərini mənzillərinin əsl sahibi kimi hiss etmirlər: onların əksəriyyəti bir ətək pul verib aldıqları mənzilin mülk kağızını əldə edə bilmirlər. Bu hüququ onlara verməli olan tikinti şirkətlərinə, dövlət orqanlarına edilən müraciətlər də nəticə vermir. Müəllif «paytaxtda tikinti işləri aparan şirkətlərin işinə dövlət nəzarəti edilirmi» sualı ilə Dövlət Tikinti və Arxitektura Komitəsinə müraciət edib. Komitənin şöbə müdiri Cahangir Qocayev bildirib ki, müvafiq qanunvericiliyə əsasən, yeni binalarda mənzillər yalnız order və kupça alındıqdan sonra istismara verilməlidir. Lakin kommersiya şirkətlərinin əksəriyyəti binalar tam hazır olmadan mənzillərin satışına başlayır ki, bu da yalnız onların mənafeyinə xidmət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG