Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:38

Son seçkilər Ramiz Mehdiyevin təhlilində...


Səs: Real audio
Fevralın 10-da Brüsseldə görüşəcək Azərbaycan və Ermənistan futbol federasiyaları rəhbərlərinin neytral meydana dair müzakirələri yekunlaşdıracaqları deyilir Azərbaycanda ilk dəfədir ki, hakimiyyətin ən yuxarı eşelonunun nümayəndəsi seçkiləri təhlil edir. Prezidentin İcra Aparatının rəhbərinin 10 gündür ki, parlament seçkilərinin təhlili, mülahizələr, proqnozlar adı ilə silsilə yazıları çıxır



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev «2005-ci il parlament seçkiləri» başlıqlı silsilə məqaləsinin sonuncusunda müxalifətin məğlubiyyətinin səbəbini liderlərin bir-birinə rəqib kimi yanaşması, «Azadlıq» və «Yeni Siyasət» bloklarının xarici dairələrin diktəsi ilə yaradılması ilə izah edir. Cənab Mehdiyevə görə, «Azadlıq» blokunda birləşən partiyaların hər biri özünü birinci görürdü və onların hər birinin özünü «ana müxalifət» kimi təqdim etməsi də qıcığa və ziddiyyətlərə səbəb olurdu.



«Yeni Siyasət» bloku haqqında isə Ramiz Mehdiyev yazır ki, fərdlərdən ibarət bu blok «açıq qapı» prinsipini rəhbər tutaraq siyasi mövqeyindən asılı olmadan hamını, hətta seçki prosesinə aidiyyəti olmayan QHT-ləri də öz sıralarına qəbul etmişdi. Bu da onun sosial bazasının olmadığını göstərirdi.



Ramiz Mehdiyevin ilkin təhlilini müxalif düşərgədə əksəriyyət subyektiv və qərəzli saysa da, obyektiv olduğunu düşünənlər də var. Məsələn, Milli İstiqlal partiyasının sədri Əli Əliyev bir vaxt təsisçisi olduğu «Yeni Siyasət» bloku haqda deyilənlərlə, onun qum üzərindəki tikintiyə bənzədilməsiylə razılaşır. O hesab edir ki, «açıq qapı» siyasəti özünü doğrultmadı, müxtəlif ideologiyalara xidmət edən, hakimiyyətlə münasibətlərdə müxtəlif məsafələrdə dayanan çoxsaylı insanların birgə mübarizəsi faydasızdı. Ona görə də blok seçkidə uğur qazana bilmədi.



Amma blokun başqa təsisçisi Eldar Namazov bu təhlillə tanış olmasa da, belə məqalələrin necə ərsəyə gəldiyindən xəbərdar olduğunu və bu cür təhlillərin səmimi, obyektiv şəkildə hazırlandığını düşünmür.



«Azadlıq» blokunun təsisçilərindən biri – Müsavat partiyasının başqanı İsa Qəmbərə görə isə, «Azadlıq» bloku səmimi əsaslarla yaradılmışdı və arada birlik olmasaydı, üç partiya bir çox məsələlərdə razılaşa, o cümlədən də 100-dən artıq dairədə vahid namizəd siyahısını hazırlaya bilməzdi. Halbuki belə birlik olmadığından, hakim YAP-ın hər dairədə yeddi-səkkiz namizədi irəli sürülmüşdü. İsa Qəmbər blokun məğlubiyyətə uğraması haqda fikri də qəbul etmir və onun əksər dairələrdə qələbə çaldığını deyir.



Daha bir məsələ. Ramiz Mehdiyev həmin məqalədə yazır ki, Müsavat partiyasındakı kuluar söhbətlərinə görə, guya keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev 2003-cü ilin prezident seçkilərindən əvvəl İsa Qəmbərə 80 min dollar pul göndərib. Müsavat başqanı isə bunun əsassız ittiham olduğunu deyir.



Prezidentin İcra Aparatı rəhbərindən sitat: «Əli Kərimlinin müavini Fuad Mustafayev yaxın ətrafına böyük sevinclə bildirirdi ki, guya xarici dairələrin nümayəndələriylə görüşlərdə razılığa gəlinib ki, əgər sentyabrın sonuna kimi mitinqlərdə 100-150 min adam çıxarılarsa, seçkidən əvvəl hakimiyyətin istefası gündəliyə gətiriləcək. Müxalifətin mitinqlərinə çıxarılanların sayının bir neçə dəfə şişirdilməsinin səbəbi də bundadır».



AXCP sədrinin müavini Fuad Mustafayev də bunun böhtan olduğunu deyir. Və cənab Mehdiyevin söylədiyi kimi, Əli Kərimlinin xarici qurumlarla görüşdə əhalini fəallaşdırmaq üçün qrantın az ayrılmasından şikayətlənməsini də təkzib edir.



Fuad Mustafayevə görə, sadəcə, Ramiz Mehdiyev Azərbaycanda məhkəmələrin azad olmamasından yararlanaraq həqiqətə uyğun

Günün bütün mövzuları

XS
SM
MD
LG