Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35

146 nəfər haqqında beynəlxalq axtarış elan edilib


Səs: Real audio
Bernar Fasiye isə, bildirib ki, səfərdə məqsəd prezidentlərin Paris danışıqlarının detallarını razılaşdırmaqdır Rəsmi Bakının istəyilə ötən il 146 nəfər haqqında axtarış elan edilib, 6 nəfər isə, Azərbaycana ekstradisiya olunub. Beynəlxalq Kriminal Polis Təşkilatı - «İnterpol»un Azərbaycan Bürosunun rəhbəri Mədəd Quliyev sözügedən təşkilatın fevralın 1-də Bakıda işinə başlayan «Kalkan Proqramı» iştirakçılarının ikinci toplantısında belə deyib. O, Azərbaycanda terror aktları törətməkdə şübhəli bilinən, Dağlıq Qarabağ münaqişəsi zamanı genosid fəaliyyəti ilə məşğul olan 100-dən çox şəxs barəsində də axtarış tədbirlərinin davam etdirildiyini bildirib. Cənab Quliyevin sözlərinə görə, Azərbaycanın gördüyü iş nəticəsində ötən il 24 beynəlxalq terrorçu zərərsizləşdirilib.



«Kalkan Proqramı» beynəlxalq terrorçuların müəyyənləşdirilməsi və izlənməsi üçün yaradılıb.



Toplantıda bir sıra ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri və «İnterpol»un Polis Xidməti üzrə Baş katibi Şan Mişel Lubutan iştirak edirlər. Müzakirələr fevralın 2-də davam etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG