Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:23

İnhisarçılıqla bağlı yeni qanun layihəsi hazırlanır


Səs: Real audio
Şəhər Baytarlıq İdarəsinin həkimi İmamverdi Bayramov quşların mədə-bağırsaq xəstəliyindən tələf olduğunu deyir Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasından «AzərTAc»a bildiriblər ki, parlamentin yaz sessiyasında ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verəcək bir sıra qanunlar qəbul olunacaq.



Hazırda komissiyanın işçi qrupu müvafiq qurumlarla birlikdə «Rəqabət haqqında» yeni qanun layihəsi üzərində çalışır. Bu qanunun məqsədi iqtisadi sahədə münasibətləri tənzimləməklə yanaşı, müxtəlif sahələr üzrə inhisarçılığın aradan qaldırılmasını da təmin etməkdir.



Komissiyadan həmçinin deyiblər ki, iki oxunuşda qəbul olunmuş «İnvestisiya haqqında» qanun layihəsinin ayrı-ayrı maddələri yenidən işlənəcək. Sənəddəki bəzi məsələlər beynəlxalq qurumlarla razılaşdırılmalıdır.



Qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
XS
SM
MD
LG