Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:02
Rubrikalar

Tenderlərdə şəffaflıq nə dərəcədə təmin olunur?


Səs: Real audio
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Prezident Sarayında 2005-ci ilin sosial-iqtisadi nəticələrinə dair müşavirə keçirilib "Neon" firmasının direktoru Arif Həsənov deyir ki, onlar ötən il Müdafiə Nazirliyinin elan etdiyi tenderdə qalib gələrək il ərzində ölkə üzrə hərbi müəssisələri makaronla təmin ediblər. Tenderin ümumi məbləği təxminən 1 milyon dollar olub. Bu il isə şirkət Gəncədəki hərbi müəssisələrin çörəklə təminatı ilə bağlı tenderdə qalib gəlib.



Bununla belə, Arif Həsənov tenderlərin keçirilməsində qanunsuzluqların da az olmadığını deyir. Konkret ad çəkməsə də o, bildirir ki, bəzi nazirliklər və dövlət qurumlarında tenderlərə yaxın adamlardan başqa heç kim buraxılmır. Buraxılsa da onun tenderi udmaq şansı sıfıra bərabərdir.



Rəsmi qurumlar isə bütün tenderlərin qanunauyğun keçirildiyini bildirirlər. Səslənən iradları isə qəbul etmirlər.



Satınalmalar üzrə Dövlət Agentliyində hesab edirlər ki, istənilən şirkət tenderlərdə iştirak edə bilər və həmin şirkətin qalib gəlməsi onun tenderin tələblərinə necə cavab verməsindən asılıdır. Narazılıqların üzə çıxması isə adi haldır.



İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev hesab edir ki, ayrı-ayrı nazirliklər və dövlət müəssisələrinin keçirdiyi tenderlərdə aşkarlıq prinsipinə elə də əməl olunmur. Nəticədə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir.



"Turan" informasiya agentliyinin eksperti Hafiz Babayev deyir ki, bu mənimsəmələrin miqdarı ümumi məbləğin 20 faizinə qədər, bəzən isə daha çox olur.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG