Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Bakının bir sıra rayonlarında su gəlmir


Səs: Real audio
Ömər Eldarov: «Onun abidəsinin nə vaxtsa, haradasa qoyulacağına artıq inamım qalmayıb» Bakıda və şimal-şərq rayonlarında işıqla problem düzəldi, indi su ilə problem yaranıb. İki gündür Bakının bir sıra rayonlarında su gəlmir



Son 2-3 gündə şəhərdə su problemi əməlli-başlı hiss olunur. "Azərsu" şirkətindən bildirirlər ki, problemin ortaya çıxmasının günahkarı Mingəçevirdə bazar günü baş verən elektrik qəzasıdır.



"Azərsu" rəsmisi Ənvər Hüseynovun sözlərinə görə, işığın kəsilməsi Bakıya su gətirən xətlərin boşalmasına səbəb olub və onların yenidən doldurulması uzun vaxt aparıb. Cənab Hüseynov deyir ki, indi problem 90 faiz aradan qaldırılıb.



"Azərsu" 600 minə qədər abonentə xidmət göstərir. Bu günə kimi 500 mindən çox abonent suya görə "Azərsu"nun qəbul etdiyi normativlərlə pul ödəyir. Bu normativlərə görə isə, hər bir adam gündə 400 litr su işlədir və adambaşına hər ay 6 min manat pul verir.



Müstəqil ekspert Aqil Cavadovun sözlərinə görə, su təminatında başlıca problemlərdən biri də məhz sayğacların olmamasıdır. Amma bu vəziyyət həm sayğac olmadığından israfçılığa yol verən vətəndaşlara, həm də suyu verdi-vermədi pulunu artıqlamasıyla alan "Azərsu"ya sərf edir.



Amma vətəndaşların mənzillərinə su sayğacı qoyması da asan iş deyil. Çünki bundan ötrü vətəndaş öncə "Azərsu"ya olan bütün borcunu ödəməli, sonra idarənin mərkəzi ofisinə gedib ərizə yazmalı, sayğac almalı, onu standarta uyğun olub olmadığını yoxlamaq üçün öz xərcinə ekspertizaya göndərməli və sayğacın quraşdırılması üçün də pul verməlidir.



"Azərsu" şirkətinin sayğaclar idarəsinin müdiri Sərvər Babayev deyir ki, Nazirlər Kabinetinin sərəncamına görə, bütün xərcləri abonent özü ödəməlidir.



"Azərsu" şirkətinin məlumatına görə, bu ildən su sayğaclarının kütləvi quraşdırılmasına başlanacaq və 2008-ci ilin yanvarına qədər bu proses başa çatacaq. Bundan ötrü Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı pul ayırıb. Tender keçiriləcək, qalib gələn şirkət də sayğacları pulsuz – əhalidən pul almadan quraşdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG